Satış üzrə mütəxəssis (xanım)
 
JOB TITLE: Satış üzrə mütəxəssis (xanım)
EMPLOYER: LunchefCatering MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-10 LAST UPDATED: 2021-09-13 DEADLINE: 2021-10-10

Şirkət: Lunchef Catering MMC

Vəzifə: Satış üzrə mütəxəssis (xanım namizədlər)

Yaş: 22-27
Təhsil: Satış üzrə ali təhsil
Əmək haqqı: 500-600+ satışdan gələn faiz
İş saatı: 09:00-18:00
Ünvan: İnqilab, Həsən Əliyev 7c Premier Palace
Əlaqə: +994708072327, 0124801168, hr@lunchefcatering.az

Vəzifə öhdəlikləri:

1. Soyuq və isti satışların aparılması təcrübəsi.
2. Müştəri yönümlü xidmət, tələb olunan fərdi keyfiyyətlər.
7. Özünə inam və əminlik.
8. Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları.
9. Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı.
10.Yaxşı idarəçilik və planlaşdırma bacarıqları.
11. Müstəqil işləmə bacarığı.
12. Müştəri ilə danışarkən duyğusal zəkanı idarə etmə bacarığına sahib olmalıdır.
13. Araşdırmacı, nəticəyönümlü və dinamik olmalıdır.
14. MS Office proqramlarını mükəmməl bilməlidir.
15. Yaxşı ünsiyyət bacarıqları olmalı.
16. İnandırma gücünün yüksək olması.
17. Müştəri ilə davamlı olaraq doğru dioloq təmin etmək.
18. Satış sektoruna hakimiyyətinin olması.
19. Şirkət daxili prosesləri yaxından izləmək bacarığı.
20. Planlı və müntəzəm hesabatların hazırlanması.
21. Güclü iş şəraitinə uyğunlaşma bacarığı.
22. Nəticə yönümlü işləmək bacarığı.
23. Səyahət maneəsi olmamalı.
24. Xarici görünüşə önəm verilməlidir.
25. Komanda yönümlü çalışmağa meyillilik.
26. Yaradıcı və yeniliklərə açıq olmalıdır.
27. Yeni müştərilərin axtarışı və cəlb olunması.
28. Proyektlər üzrə iş.
29. Rəqiblərin öyrənilməsi və şirkətin strateqiyasını işləyib hazırlanması.
30. İşgüzar tədbirlərdə şirkətin təqdim olunması.
31. İşgüzar görüşlərin təşkili və aparılması.
32. Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabat.
33. Korporativ şirkətlərlə danışıqların aparılması, müqavilələrin bağlanması
34. Korporativ müştərilərin məhsullarının planlaşdırılması və çatdırılması

Məsuliyyəti:

1. Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
2. Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
3. Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
4. Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili;
5. Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək;
6. Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa müdirə verilməsi;
7. Təyin edilmiş aylıq/rüblük plana əsasən satış funksiyalarını yerinə yetirmək (müştəri görüşləri, təkliflər, zənglər və s.);
8. Mövcud müştəri bazasını genişləndirmək və yeni müştərilər axtarmaq;
9. Müştəri üçün koordinator rolunu icra etmək və ortaya çıxan problemləri həll etmək;
10. Müştəri məmnuniyyəti və müştərilərin şirkətdə saxlanması üçün tədbirlər görmək;
11. Azərbaycanda meydana gələn yeni iş sahələri və şirkətlər barədə məlumatlı olmaq və daim təftiş etmək;
12. Mütəmadi olaraq müştəri ofislərini ziyarət etmək, hər hansı çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq;
13. Satış şöbəsinin müdirinin rəhbərliyi altında şirkətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir;
14. Müştəri barədə daxil olan bütün informasiyaları istifadə olunan proqram məhsuluna qeyd edir;
15. Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və satış şöbəsinin müdirinə təqdim edir;
16. Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir;
17. Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir;
18. Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir;
19. İSO 9001 və 14001 standartları ilə işləmək bacarığı.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP