Data analitik
 
JOB TITLE: Data analitik
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-10 LAST UPDATED: N/A DEADLINE: 2021-10-10



"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Data analitik

Vəzifə öhdəlikləri:

• Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
• Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi.

Tələblər:

• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
• Ali təhsil (İqtisadiyyat, statistika üzrə təhsil arzuolunandır)
• Dataları oxumaq, emal etmək və təqdim edə bilmək bacarığı
• Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
• Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həll üçün hipotezalar yarada bilmək bacarığı
• Kommunikasiya bacarıqları, düzgün şifahi və yazılı dil
• Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
• İri həcmli datalarla iş təcrübəsi, nəticə yönümlülük
• Güclü Excel bilikləri (Power Query / Data Model)
• SQL-də analitik funksiyalarla işləmə bacarığı
• Power BI və digər Analitik tool-larla işləmə bacarığı
• ETL prosesində iştirak etmək
• Xml, Json, Csv və digər formatlarda olan məlumatlarla işləmək bacarığı
• Yüksək səviyyədə İngilis və ya Rus dili biliyi
• Python və ya R proqramlaşdırma dili biliklərinin olması üstünlükdür

İş şəraiti:

• İş günləri: həftənin 5 günü 9:00 - 18:00;
• Ə/H bilik və bacarıqlara görə dəyişir.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kte9fcs2

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP