İnstitusional islahatların idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi
 
JOB TITLE: İnstitusional islahatların idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi
EMPLOYER: Azərbaycan Dəmir Yolları QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-10 LAST UPDATED: N/A DEADLINE: 2021-09-27



Vakansiyanın adı: Aparıcı mütəxəssis
Vakansiyanın kodu: V210910-2
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: Strateji və korporativ inkişaf idarəsi, İnstitusional islahatların idarə edilməsi şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: İdarəetmə, Layihələrin idarə olunması
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 2 il
Tələb olunan komputer bilikləri: MS Office - yaxşı.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst; Rus dili – yaxşı.

Vəzifə üzrə tələb olunan biliklər :

- Layihələrin idarə olunması prosesləri üzrə biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:
- Keyfiyyət yönümlülük;
- Analitik düşüncə;
- Diqqətlilik.

Digər tələb və üstünlük göstəriciləri:

- İdarəetmə, layihələrin idarə olunması sahələri üzrə təhsil almış namizədlərə üstünlük verilir;
- Magistr dərəcəsi və PMP arzu olunandır.

Vəzifə öhdəlikləri:

- Layihələrin yerinə yetirilməsi məqsədilə zəruri məlumatların toplanması;
- Layihələr üzrə məlumatların təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
- Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
- Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi;
- Layihə üzrə zəruri sənədləşdirmə işlərinin təşkil edilməsi;
- Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
- Verilənlərin təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
- "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində, habelə digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə ADY-nin təmsil edilməsi və onların işində iştirak edilməsi;
- Təqdimatların hazırlanması.

Son müraciət tarixi: 26/09/2021
Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1486#vp

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP