İdarə Heyəti sədrinin icraedici köməkçisi
 
JOB TITLE: İdarə Heyəti sədrinin icraedici köməkçisi
EMPLOYER: PASHA Life DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-10 LAST UPDATED: N/A DEADLINE: 2021-09-21

Struktur bölmə: İnsan resursları və korporativ kommunikasiya departamenti, Korporativ kommunikasiya
Vəzifə: İdarə Heyəti sədrinin icraedici köməkçisi (Korporativ kommunikasiya şöbəsinin baş mütəxəssisi)
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 20 sentyabr 2021-ci il

Vəzifə Öhdəlikləri:

- İdarə Heyəti sədrinə təqdim edilən bütün hesabatların vaxtında və keyfiyyətlə təqdim olunmasına nəzarət və koordinasiya etmək;
- İdarə Heyəti sədri tərəfindən tapşırılan müxtəlif faəliyyətlərin idarə və nəzarət edilməsi;
- İdarə Heyəti sədrinin gündəliyində olan yeni ideyalar üzərində işləmək və onların həyata keçirilməsini izləmək;
- İdarə Heyətinin sədri və tabeliyində olan əməkdaşlar arasındakı qarşılıqlı əlaqənin qurulması və idarə edilməsi;
- İdarə Heyətinin sədrinə bildirilməli olan bütün məlumatları emal edərək prioriteləşməni həyata keçirilməsi;
- Görüşlərdə iştirak edərək qeydlər aparmaq, lazımi tədbirlərin həyata keçirilməsini izləmək və yeniliklər barədə İdarə Heyəti sədrinə məlumat vermək.
- İdarə Heyəti sədrinin köməkçisi səlahiyyətlərinin zərurət olduqda müvəqqəti icra edilməsi

Namizədə olan tələblər:

- İş təcrübəsi: CEO/Direktor köməkçisi kimi ən azı 2 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: əla
- Kompüter bilikləri: MS Word: əla, MS PowerPoint: əla, MS Outlook: əla, MS Office: əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və təsir göstərmə, dinamikanı anlamaq

İmtiyazlar

- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP