Keyfiyyət və prosesə nazarət üzrə mühəndis (İmişli)
 
JOB TITLE: Keyfiyyət və prosesə nazarət üzrə mühəndis (İmişli)
EMPLOYER: Azersun Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-10 LAST UPDATED: N/A DEADLINE: 2021-10-10

Keyfiyyət və prosesə nazarət üzrə mühəndis (İmişli)

Namizədə aid tələblər:

- Aşağıdakı ixtisaslar üzrə ali təhsil:
• mexanika mühəndisliyi;
• kimya mühəndisliyi;
• maşın mühəndisliyi;
• sənaye mühəndisliyi;
• cihazqayırma mühəndisliyi;
- MS Office (Excel) proqramını bilməli;
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair bilikləri olmalı;
- Araşdırma və analiz etmə bacarığı olmalıdır.

İş haqqında məlumat:

- Keyfiyyət standartlarına uyğun nümunələri almalı;
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemi həll etməli;
- İstehsalat prosesinə nəzarəti həyata keçirməli;
- İstehsalat hesabatlarını hazırlamalıdır.

Digər bölgələrdən olan namizədlər üçün qalacaq yer və gün ərzində 3 dəfə qidalanma ilə təmin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“ keyfiyyət və prosesə nəzarət üzrə mühəndis – İmişli ”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP