Ofis işləri üzrə köməkçi
 
JOB TITLE: Ofis işləri üzrə köməkçi
EMPLOYER: Norm OJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-13 LAST UPDATED: 2021-09-13 DEADLINE: 2021-09-28

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5,3 min ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Ofis işləri üzrə Köməkçi tələb olunur.

İş yeri: Şəhər ofisi

Tələblər:

• Ali bakalavr təhsili
• Əlaqədar sahədə 1-2 il iş təcrübəsi
• İngilis dilinin orta səviyyədə biliyi
• MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı

Tələb olunan kompetensiyalar:

• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

• Şirkətə gələn ziyarətçi və qonaqları salamlayır, onlara yardım edir və yönləndirir
• Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul edir, yönləndirir, tələb olunduqda qeydlər aparır və aidiyyati şəxslərə çatdırır
• Karğüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması
• Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi
• Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi
• Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.

CV-lərin təqdim olunması üçün son tarix: 27.09.21

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP