Təlim üzrə koordinator
 
JOB TITLE: Təlim üzrə koordinator
EMPLOYER: SAT Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-13 LAST UPDATED: 2021-09-13 DEADLINE: 2021-10-13

Şirkət haqqında: SAT Group MMC (Təlim və konsaltinq şirkəti)

SAT Group ölkəmizin qabaqcıl təlim və konsaltinq şirkətlərindən biridir. Fəaliyyətə başladığı 2014-cü ildən indiyə kimi inşaat, bank, qida, pərakəndə, xidmət, reklam, turizm, tibb və başqa sektorlarda fəaliyyət göstərən 500-dən artıq şirkətlərdə satış, marketinq, insan resursları, ümumi idarəetmə istiqamətlərində uğurla biznes konsaltinqi və təlim xidmətləri həyata keçirmişdir. Şirkət olaraq əməkdaşlarımızın davamlı peşəkar inkişafını təmin etmək üçün təlim-inkişaf siyasəti qurulmuş və uğurla həyata keçirilməkdədir. Əməkdaşların rifahı bizim üçün daim prioritet işlərdən biridir. Burada sizi gənc, mehriban kollektiv gözləyir.

İş şəraiti:

Ünvan: Caspian Plaza
Həftəlik iş qrafiki: 5 gün
İş saatları: 12:00-21:00 / 10:00-19:00
Əmək haqqı: 600-1000 (namizədə görə dəyişir)

Vəzifənin adı: Təlim üzrə koordinator

Əmək funksiyaları:

• Yeni təlimçilərin tapılması və hazırlanması
• Yeni təlim proqramlarının hazırlanması və davamlı olaraq təkmilləşdirilməsi
• Təlimlərin keyfiyyətinə nəzarət edilməsi
• Müştəri üçün təşkil edilmiş təlimdə təşkilatçı/koordinator qismində iştirak edilməsi (davamiyyətin yoxlanması, geridönüşlərin alınması)
• Təşkil olunan təlimlərdə təlim öncəsi hazırlıqların aparılmasına nəzarət edilməsi (dəftər qələm və s ləvazimatlara nəzarət, sertifikatların çapının təşkili)
• Təlimlərin təqdimatlarının yenilənməsi (dizayn və content)
• Təlim cədvəllərinin təlimçilərə göndərilməsi
• Tədbirlərin qrafikinə uyğun çay-kofe fasiləsinin təşkilinə nəzarət edilməsi
• Geridönüş formalarının hazırlanması, doldurulmasının və cavabların təhlilinin təşkil edilməsi, nəticələrinin vahid məlumat bazasına daxil edilməsi
• təlimlərin qrafikinin hazırlanması, təlimçilərlə razılaşdırılması
• Təlim çərçivəsində praktiki tapşırıqların və nəticələrinin iştirakçılara ötürülməsi
• Təlim sonunda imtahan nəzarətçisi olaraq imtahanın təşkil edilməsi
• Geridönüşlər əsasında təlimin təkmilləşdirilməsi üçün təkliflər verilməsi

Təhsil tələbləri: • Bakalavr
Staja dair tələb: • 5 il

İxtisas səriştələri:

• Danışıqların Aparılması
• Satış Bacarığı
• Təqdimetmə
• Komunikasiya
• Analitik Düşünmə
• Qərarvermə
• İdarəetmə
• Planlama
• Nəzarət
• Networking
• Eyni vaxtda bir neçə işi görə bilmə

Kompüter biliklərinə dair tələblər:

• MS Office proqramlarından istifadə qabiliyyəti – Yaxşı səviyyədə

Dil bilikləri:

• Azərbaycan dili – Əla
• Rus dili - arzu olunandır
• İngilis dili - arzu olunandır

E-mail: gunel.f.muradzade@gmail.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP