IT Proseslərin idarəedilməsi mütəxəssisi
 
JOB TITLE: IT Proseslərin idarəedilməsi mütəxəssisi
EMPLOYER: eManat DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-13 LAST UPDATED: 2021-09-13 DEADLINE: 2021-10-13

IT Proseslərin idarəedilməsi mütəxəssisi

Vəzifə öhdəlikləri:

• IT xidmətlərin idarəedilməsi üzrə proses və prosedurları, təlimat və qaydaları tərtib etmək
• Biznes proseslərə əsaslanaraq informasiya və iş axınını müəyyənləşdirmək, beləliklə IT proseslərinin təsnifatını (process statement) və blok sxemləri tərtib etmək
• Korporativ dəyərlərə əsasən prosedurların icrası üzrə nəzarəti təşkil etmək, biznes hədəflərinə uyğunluğunu təmin etmək
• Siyasət və prosedurların təkmilləşdirilməsi üzrə təkliflər vermək
• Korporativ IT sözlük tərtib etmək və onun tətbiqini həyata keçirmək

Texniki tələblər:

• Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
• ITIL, ISO20000 və/vəya ISO27K üzrə müvafiq sertikatların olması
• BPMN 2.0 Framework üzrə biliklərin və iş təcrübəsinin olması
• İngilis və Rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması)

Bacarıqlar:

• Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
• Analitik təhlil bacarığı
• İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
• Komanda şəklində işləmə bacarığı
• Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı
• Qeyd edilmiş texniki tələblər üzrə bilik və təcrübə səviyyəsi

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi cv@emanat.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “IT Proseslərin idarəedilməsi mütəxəssisi” yazılmalıdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP