Təcrübəçi-operator (satınalma)
 
JOB TITLE: Təcrübəçi-operator (satınalma)
EMPLOYER: Başak Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-13 LAST UPDATED: N/A DEADLINE: 2021-10-13

ŞİRKƏT HAQQINDA:

“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə istiqamətlərdə fəaliyyət göstərir: Kirəmit və metal dam örtüklərin satışı və quraşdırılması, istənilən növ inşaat materiallarının satışı və tikinti işlərinin görülməsi, yerli və avropa istehsalı olan plastik və aluminyum pəncərə qapı sistemlərinin quraşdırılması, müxtəlif çeşidli uniformaların hazırlanmasını və satışını həyata keçirir.

VƏZİFƏ: Təcrübəçi-operator (satınalma)

Namizədə aid tələblər:

- Ali təhsili olmalı;
- Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Təcrübə tələb olunmur;
- Kompyuter biliklərinə sahib olan;
- Standart Microsoft Ofis proqramları biliyi;
- Ünsiyyət və analitik düşünmə bacarığı;
- Dürüstlük və kollektivdə işləmə bacarığı;
- Məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;
- Yüksək məsuliyyət, diqqətcil olmaq.

İş qrafiki:

- Həftə içi 5 gün saat 09:00-18:00, şənbə qısaldılmış iş rejimi.
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə,
- Təcrübə müddəti ödənişsiz və 3 aylıq müddətdədir. Təcrübə müddətinin sonunda yenidən keçirilən görüş əsasında namizəd iş ilə təmin edilir.

Tələblərə uyğun şəxslər CV-lərini hr@bashakgroup.az elektron poçt ünvanına mövzu hissəsinə “Təcrübəçi-satınalma” yazaraq göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP