Lombard kreditləri üzrə mütəxəssis (Masallı)
 
JOB TITLE: Lombard kreditləri üzrə mütəxəssis (Masallı)
EMPLOYER: Para BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-14 LAST UPDATED: N/A DEADLINE: 2021-10-14

"PARABOKT" ASC Masallı şəhəri üzrə Lombard kreditləri üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir. PARABOKT sizə uğurlu karyera qurmaq və şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.

Əsas vəzifələr:

- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
- Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Namizədə olan tələblər:

- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil/ natamam ali təhsil;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Cins: kişi (arzu olunandır)
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00, Şənbə: 10:00-16:00

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Lombard kreditləri üzrə mütəxəssis - Masallı" başlığı ilə vakansiya@parabokt.az elektron ünvanına göndərməkləri xahiş olunur. Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP