Filial meneceri (Gəncə)
 
JOB TITLE: Filial meneceri (Gəncə)
EMPLOYER: Para BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-14 LAST UPDATED: N/A DEADLINE: 2021-10-14

"PARABOKT" ASC Gəncə şəhəri üzrə filial meneceri vəzifəsinə işçi qəbulu elan edir. PARABOKT sizə uğurlu karyera qurmaq və şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.

Əsas vəzifələr:

- Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
- Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
- Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması;
- Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
- Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
- Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;

Namizədə olan tələblər:

- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Ali təhsil
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Yaş həddi 25-39 (yalnız bəy namizədlər)
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00, Şənbə: 10:00-16:00

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini " Filial meneceri" başlığı ilə vakansiya@parabokt.az elektron ünvanına göndərməkləri xahiş olunur. Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP