Problemli kreditlər üzrə müfəttiş (Bakı, Qəbələ, Mingəçevir)
 
JOB TITLE: Problemli kreditlər üzrə müfəttiş (Bakı, Qəbələ, Mingəçevir)
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-14 LAST UPDATED: N/A DEADLINE: 2021-10-14

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Problemli kreditlər üzrə müfəttiş (Bakı, Qəbələ, Mingəçevir)

Tələblər:

• Təhsil: Ali (hüquq təhsili olanlara üstünlük veriləcək)
• Problemli kreditlər sahəsində iş təcrübəsi arzu olunandır
• Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı
• Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı

Vəzifələr:

• Problemli kredit portfellərinə nəzarət etmək
• Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaratmaq
• Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi
• Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyətin yaradılması, iş aparılması, kompleks tədbirlərin həyata keçirilməsi
• Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək.

İş şəraiti:

• İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
• Telefon danışıqları və işlə əlaqədar digər xərclər şirkət tərəfindən təmin edilir

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

Bakı üçün: https://qlor.me/kmvzo0az

Qəbələ üçün: https://qlor.me/ktjqpsmz

Mingəçevir üçün: https://qlor.me/ktjqqgjh

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP