Administrator Kassir (Şüvəlan)
 
JOB TITLE: Administrator Kassir (Şüvəlan)
EMPLOYER: Sinteks Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-14 LAST UPDATED: N/A DEADLINE: 2021-10-14

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Administrator Kassir tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu pul vəsaitlərinin və məhsulların hərəkətinə nəzarət etməkdir.

Vəzifə öhdəlikləri:

• Mağazanın vaxtında açılıb-bağlanmasını təmin edir
• Mağazada təmizliyə və səliqəyə nəzarət edir
• Mağazada inzibati işləri idarə edir
• Kassa əməliyyatlarını icra edir
• Mağazada müştəri xidmətinin yüksək standartlarına uyğun xidmət göstərir
• Günün yekun hesabatını aparır, təhvil veriləcək pulun mühafizəsini təmin edir, pulu və POS-terminal qəbzlərini aidiyyatı üzrə təhvil verir
• Məhsulları mağazaya qəbul edir və təftiş zamanı iştirak edir
• Mağazada mövcud olan məhsulun, inventarın saxlanması və yerdəyişməsinə nəzarət edir
• Qiymət etiketlərinin uyğunluğuna və mövcudluğuna nəzarət edir

Əsas tələblər:

Təhsil:
• Maliyyə/İqtisadiyyat və ya digər müvafiq sahədə Ali təhsil

Təcrübə:
• Administrator - Kassir kimi 2-3 il iş təcrübəsi

Professional Biliklər:
• Kassa aparatı və Pos terminalın istismar qaydaları
• Müştəri xidmətinin əsasları
• Rus dilləri mükəmməl, İngilis dili arzuolunandır
• MS Office və satış Proqramlarını bilmək

Professional Bacarıqlar və Kompetensiyalar:
• Məsuliyyət
• Detallara diqqət
• Nizam-İntizam
• Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Administrator Kassir” qeyd edərək recruitment.sales@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP