Baş aşpaz
 
JOB TITLE: Baş aşpaz
EMPLOYER: TAİS-İKF MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-14 LAST UPDATED: N/A DEADLINE: 2021-10-14

Baş aşpaz

Baş aşpazın ən azı 5 il iş təcrübəsi MÜTLƏQ olmalıdır.

Öhdəliklər:

- Gündəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq.
- Ünsiyyət qurma bacarığı; büdcənin tərtib etmək və ona nəzarət etmək.
- Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.

İşin funksiyaları:

- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
- Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
- Xüsusi tədbirlərin sifarişi zamanı müştəri ilə görüşüb menyu hazırlamaq və tələb olunan ərzağın miqdarı barədə hesabat hazırlamaq.
- Aşbazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
- Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
- Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq.
- Aşbaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək.
- Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək.
- Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək.
- Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək.

Müraciət qaydaları:

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV info@tais-ikf.az elektron poçtuna göndərməlidir. Elektron poçtu müraciətinizin mövzusu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur. Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP