Assistent
 
JOB TITLE: Assistent
EMPLOYER: Aqrokimya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-14 LAST UPDATED: N/A DEADLINE: 2021-10-14

Müəssisənin adı: “Aqrokimya” MMC

Əsas iş yeri: Bakı şəhəri

Namizədə dair tələblər:

• Ali təhsilli olmalıdır,
• Aidiyyatı sahə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır,
• Microsoft Office proqramlarında sərbəst işləməyi bacarmalıdır,
• İngilis və Rus dillərini bilməsi vacibdir.
• İşində dəqiq, məsuliyyətli və cəld olmalıdır, təzyiq altında işləməyi bacarmalıdır.

Əsas vəzifə öhdəlikləri:

- Rəhbərinə aid sənədləri və yazışmaları Azərbaycan dilindən İngilis dilinə və ya Rus dilinə və əksinə tərcümə etmək.
- Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı bütün məsələləri müstəqil həll etmək.
- Xarici təchizatçılarnan bir başa əlaqə
- Müəssisənin struktur bölmələrindən rəhbərinə lazım olan məlumatları və materialları toplamaq, onları təhlil etmək və nəticəsi barədə rəhbərinə məruzə etmək.
- Rəhbərinin iclas və müşavirələrinin keçirilməsini planlaşdırmaq.
- Rəhbərinin iclas və müşavirələrinin protokolunu hazırlamaq.
- Müəyyən edilmiş mövzu üzrə məlumat toplayaraq rəhbərinə təqdim etmək.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əsas təminatlar:

• Nahar ilə təmin olunur,
• Aylıq mobil rabitə limiti ilə təmin olunur,

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki 5 gün 9:00-18:00, şənbə günü 9:00-14:00, bazar günü istirahət;
• Əmək haqqı: 500-700 AZN

E-mail : aliyeva.s@agrokimya.com

Mövzu hissəsində " Assistent " qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin. CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP