Mühafizəçi
 
JOB TITLE: Mühafizəçi
EMPLOYER: Polietilen istehsalı zavodu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-14 LAST UPDATED: N/A DEADLINE: 2021-10-14

Abşeron rayonu,Məmmədli kəndində yerləşən polietilen istehsalı zavoduna mühafizəçi axtarılır.

Öhdəliklər:

- Zavoda daxil olan və çıxan malların qeyd olunması üçün , inventar üçün , açarların təhvil təslimi üçün və işçilərdən kənar şəxslər gəldikdə jurnalda qeyd aparılmalıdır
- Zavodda işçilərin tabelə təyin oldunduğu vaxtdan giriş çıxış saatlarının düzgün şəkildə qeyd olunmasına nəzarət etməlidir
- Mühafizə fəaliyyətini icra edən zaman ayıq-sayıq olmalı və fasilələrə yol verməməlidir
- Mühafizə olunan obyektə gətirilən və ya obyektdən çıxarılan məhsul, material, əmlak və xammala dair müvafiq sənədləri tələb etməli, yoxlamalı və təsdiq etməlidir
- Müəssisəyə məxsus olan əmtəə-maddi dəyərlərin oğurlanması haqqında məlumatların mövcudluğu zamanı dərhal mühafizə rəisinə bildirməli və müəssisə rəhbərliyinin göstərişlərinə uyğun olaraq müvafiq icra orqanlarına xəbər verməlidir.

Tələblər və iş haqqında:

- Əmək haqqı-Başlanğıc 400 manat.
- Nahar şirkət tərəfindən verilir
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- İş yeri: Bakı şəhəri, Abşeron rayonu Məmmədli kəndi
- İş təcrübəsi : 3 ildən 5 ilə qədər(Mütləq qeyd olunan vəzifədə)
- Yaş : 25 - 45
- Cins : Kişi
- Xarici görünüşü səliqəli və işdə intizamlı olmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini "ismayilovarenagp@gmail.com" ünvanına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP