İnşaat mühəndisi
 
JOB TITLE: İnşaat mühəndisi
EMPLOYER: MSDIS Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-15 LAST UPDATED: N/A DEADLINE: 2021-10-15

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vakansiyanın adı: İnşaat mühəndisi

Vəzifə öhdəlikləri:

• Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
• Layihələri tərtib etmək üçün statistik məlumatları, yoxlama aktlarını, xəritələri, cizgiləri,sxemləri, ərazinin foto şəkillərini, eləcə də topoqrafik və geoloji məlumatları təhlil etmək;
• Tələb olunan bütün materialları və avadanlıqları müəyyən etmək, onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
• Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, düzgün qaydada sənədləşdirilməsinə və əsaslandırılmasına nəzarət etmək;
• Yolun quruluşu və ya texniki xidmət üzrə formal planı təsdiq etmək üçün iş yerinin prosedurlarına və ekoloji tələblərinə uyğun olaraq hazırlamaq
• İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək;
• Rəhbərlik tərəfindən tapşırılan digər tapşırıqların yerinə yetirilməsi və s.

Tələblər:

• İnşaat mühəndisliyi üzrə ali təhsil;
• Minimum 3 il iş təcrübəsi;
• Tikinti və təmirin yerli və ya müvafiq ölkə qanunvericiliyi, təhlükəsizlik norma və qaydaları haqqında məlumatlı olmaq;
• Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri üstünlükdür;
• Tikinti üzrə müasir alətlərdən istifadə etmək bacarığı
• Layihəçəkmə və planlaşdırma bacarığı;
• Komandada işləmə bacarığı, təşkilatçılıq, çeviklik və məsuliyyətlilik bacarığı.

İş şəraiti:

• İş qrafiki: 6 günlük iş həftəsi;
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
• ARƏM əsasən işə qəbul;
• İş yeri: Bakı şəhəri;
• Əlaqə nömrəsi: 051-201-21-18, 051-201-21-97.

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "İnşaat mühəndisi" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP