Yoxlayıcı (Gəncə)
 
JOB TITLE: Yoxlayıcı (Gəncə)
EMPLOYER: Avromed Company QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-15 LAST UPDATED: N/A DEADLINE: 2021-10-15

Şirkət: “Avromed Company” QSC
Vəzifə: Yoxlayıcı (Gəncə)

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə Avromed şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olmuşdur.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Anbara qəbul olunan və qaimə əsasında anbardan buraxılan dərman preparatları və digər tibbi ləvazımatların daşınma prossesinədək sifariş qaiməsi əsasında yoxlayır.
• Qaimədəki sifarişə əsasən dərman preparatları və digər tibbi ləvazımatların yayarlılıq müddətini və seriyalarını yoxlayır.
• Qaimə əsasında sifarişin çeşidlərini və sayını müəyyənləçdirib,skaynerdən keçirir.
• Yoxlanışdan keçmiş dərman preparatlarını və digər tibbi ləvazımatları düzgün qablaşdıraraq üzərində qaimə əsasında düzgün ünvanlaşdırma aparır.
• Öz vəzifə borcunu ləyaqətlə yerinə yetimək, sektor rəhbərinin göstərişlərini düzgün yerinə yetirmək və istifadəsində olan inventar, avadanlıqları qorumaq texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edir.

TƏLƏBLƏR:

• Ali təhsili;
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Riyazi təfəkkür və işin incəliklərinə diqqət;
• Operativlik;
• Böyük həcmli işdə işləmək bacarığı;
• Mənəvi cəhətdən sağlam olmaq;
• Komandada işləmək bacarığı;
• Şirkətin mövqeyini, işgüzar imicini və iş standartlarını qorumaq qabliyyəti;
• Azərbaycan dili – mükəmməl; Rus dili – orta;
• Kompyuter bacarıqları: MS Office, 1C programı.

İŞ ŞƏRAİTİ:

• İş qrafiki: 6 günlük iş həftəsi;
• İş yeri: Gəncə şəh. Niyazi Əhmədov.

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 15.10.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Yoxlayıcı” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP