Satış meneceri assistenti (xanım)
 
JOB TITLE: Satış meneceri assistenti (xanım)
EMPLOYER: Horeca DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-15 LAST UPDATED: 2021-09-16 DEADLINE: 2021-10-15

Satış meneceri assistenti

HoReCa sektorunda fəaliyyət göstərən Horeca MMC təqdim etdiyi məhsullar və yüksək müştəri məmnuniyyəti sayəsində müsbət ad qazanmışdır. Şirkət qabaqcıl Avropa brendləri ilə əməkdaşlıq edib peşəkar təmizlik məhsulları və avadanlığının satışı ilə məşğuldur.

Vəzifənin təsviri:

• Günlük, aylıq və illik satış hesabatlarının hazırlanması;
• Günlük, aylıq və illik borc kağızlarının hazırlanması;
• Satışla bağlı digər hesabatların hazırlanması;
• İşgüzar yazışmaların aparılması;
• Görülmüş iş hesabatlarının aparılması qalıq borclara və ödənişlərə nəzarət;
• Mövcud müştərilərlə əlaqələrin qurulması;
• Müştərilərdən gələn sorğuların cavablandırılması;
• Satışla əlaqəli müqavilələrin hazırlanması;
• Müştərilərdən daxil olan telefon zənglərinin cavablandırılması;
• Gələn sorğuların qəbul edilməsi və aidiyyatı şöbələrə yönləndirilməsi;
• Müştərilərin şikayət, təklif və tövsiyyələrinin dinlənməsi və müvafiq şəxslərə yönləndirilməsi.

Şərtlər:

• Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun təyin olunur
• İş qrafiki həftə içi 9:00 – 18:00, şənbə, bazar-istirahət günü
• AR qanunvericiliyinə əsasən sənədləşmə
• Ambisiyalı əməkdaş üçün karyera inkişafı imkanı

Namizədə tələblər:

• Ali təhsil
• Yalnız xanım namizədlər
• Azərbaycan dilini səlis bilməli (Rus dili arzu olunandır)
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
• HoReCa sektorunda işləmək, qazanmaq və karyera qurmaq həvəsi
• Səlis və aydın intonasiya ilə nitq bacarığı
• Satış sektorunda təcrübə arzu olunandır.

CV-lərinizi Hr@horeca.com.az email ünvanına yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur. Əlavə suallar yaranarsa, www.horeca.com.az saytından əldə edə bilərsiniz. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Zənglər qəbul edilmir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP