Mühasib (Moldova layihəsi üçün)
 
JOB TITLE: Mühasib (Moldova layihəsi üçün)
EMPLOYER: AGE LLC DUTY STATION: Moldova
PUBLISHED: 2021-09-15 LAST UPDATED: N/A DEADLINE: 2021-10-15

2007-ci ildən davamlı inkişaf yönümündə fəaliyyət göstərən “AGE” MMC müxtəlif sənaye obyektlərinin, tunellərin, körpülərin, yol inşaat işlərinin, su və kanalizasiya sistemlərinin tikintisi layihələrinin həyata keçirilməsi ilə məşğuldur. Tunel qazma işlərində müasir mikrotunel texnologiyasından istifadəsinə görə yatay qazma sahəsində inkişaf etmiş, geniş təcrübəyə malik Azərbaycanda ilk şirkətlərdəndir. Müştərilərinə, ədalətli və bazar rəqabətli qiymətlər üzərindən ən üstün keyfiyyətli, detallara önəm verən və xidmətə fokuslanmış yanaşmalarıyla infrastruktur tikinti xidmətlərini təklif edir.

Ölkə: Moldova Respublikası (Kişinyov və Vulkaneşti(Baza))

Moldova layihəsi üçün Mühasib vakansiyası:

Tələblər:

- Ali təhsil (Maliyyə - Mühasibatlıq sahəsi üzrə olması arzu olunandır)
- Rus dili - əla (mütləqdir), İngilis dili – orta
- Tikinti sferasında mühasibatlıq üzrə 3ildən az olmayaraq iş təcrübəsi

İşin təsviri:

- Bank və kassa əməliyyatlarının uçotu, ödəniş əməliyyatları
- Alış əməliyyatlarının uçotda əks etdirilməsi, üzləşmələrin aparılması
- Əmək haqqının hesablanması
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Material və ehtiyyat hissələrinin silinməsi,
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması
- Təhtəl hesabların uçotu
- Mütəmadi hesabatların hazırlanaraq baş ofis rəhbərliyinə təqdim edilməsi

Şərtlər:

- Həftədə 6 günlük iş rejimi
- Ev təminatı
- Nahar şirkət tərəfindən təmin edilir.
- Yol xərcləri və Covid-19 testi şirkət tərəfindən qarşılanır.
- 6 aydan bir 15 gün müddətinə Azərbaycana gəlişin təmin edilməsi.

Uyğun namizədlər CV-lərini hr@age.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP