Qrafika dizayneri (kiçik dizayner)
 
JOB TITLE: Qrafika dizayneri (kiçik dizayner)
EMPLOYER: YARAT Contemporary Art Center DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-15 LAST UPDATED: N/A DEADLINE: 2021-10-15

Vəzifəsi: Qrafika dizayneri (kiçik dizayner)
İş yeri: YARAT
Rəhbəri: Baş dizayner

Əsas əmək bacarıqları və vəzifə funksiyaları

• Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq müvafiq dəyişiklikləri tətbiq etməli;
• Müxtəlif dizayn işlərinin hazırlanması (Buklet, flayer ,Kataloq, logolar və s.)
• Ümumi reklam materiallarının hazırlanması və təhvil verilməsi
• SMM üçün kreativ materialların hazırlanması
• Geniş çeşidli bədii tərtibat vasitələrindən, o cümlədən fotoqrafiya və kompüter dizaynı (computer-aided design – CAD) imkanlarından istifadə etmək;
• Müəyyən istəyə görə münasib ideyalar irəli sürüb təsviri dizayn həllini təklif etmək;
• Düşündüyünü qaralama eskizlər vasitəsilə təsvir etmək bacarığını nümayiş etdirmək;
• Kreativ yanaşma;
• Ən son trendlərdən xəbərdar olmalıdır;
• Müasir dizayn vasitələri sahəsində və ələlxüsus InDesign, QuarkXPress, FreeHand, Illustrator, Photoshop, 3ds Max, Acrobat, Director, Dreamweaver və Flash kimi dizayn proqramlarında yenilikləri izləmək;
• Komanda üzvü olaraq, mətbəəçilər, müəlliflər, fotoqrafçılar, stilistlər, illüstratorlar, başqa dizaynerlər, mühasibat işçiləri, veb-sayt quranlar və marketinq üzrə mütəxəssislərlə birgə çalışmağı bacarmaq.

Təhsili, təcrübəsi və ixtisas hazırlığına görə tələblər:

- (İncəsənət və ya digər sahədə təhsilin olması, kompüter proqramlarını bilməsi, texniki bacarıqlara malik olması və s.)
- Adobe Illustrator, Photoshop, InDesign, Corel Draw, 3Ds Max, AutoCAD proqramlarını bilməlidir
- Minimum 3-illik iş təcrübəsi və zəngin portfoliosu olmalıdır (tələb edildilkdə təqdim olunmalıdır)

Şəxsi qabiliyyətləri:

Gərgin iş rejimində, yüksək tələbkarlıq şəraitində çalışa bilməli; tapşırılan işi təyin olunmuş vaxta bitirməli; ünsiyyətçillik və kollektivdə işləmək qabiliyyəti nümayiş etdirməli; təşkilatın komanda üzvü kimi iş təcrübəsinə malik olmalıdır.

CV formalarınızı turan.a@yarat.az elektron poçt ünvanına göndərə bilərsiz.

Xahiş olunur CV-ləriniz mövzu yerində müraciət etdiniz vəzifəni qeyd edəsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP