Stasionar Tibb Bacısı
 
JOB TITLE: Stasionar Tibb Bacısı
EMPLOYER: Zəfəran Hospital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-16 LAST UPDATED: 2021-09-16 DEADLINE: 2021-10-16

Şirkət: Zəfəran Hospital
Vakansiya: Stasionar Tibb Bacısı

Tələblər:

• Yaş: 22-45 yaş;
• Təhsil: Tibb bacısı işi üzrə orta ixtisas təhsili mütləqdir;
• Təcrübə: Stasionar şöbədə minimum 2 il iş təcrübəsi mütləqdir;
• Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir;
• İşində məsuliyyətli olmalıdır.

Vəzifə öhdəlikləri:

• Bütün tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək;
• Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək;
• Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara və həkimin ambulator qəbuluna hazırlanmasını təmin etmək;
• Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;
• Pasiyentin və tibb heyətinin infeksiya təhlükəsizliyini təmin etmək, şöbədə olan bütün heyətin aseptika və antiseptika qaydalarına riayət etməsini təmin etmək;
• Tibbi sənədlərin müvafiq qeydiyyatının aparılması;
• İnyeksiyaların vurulması;
• Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət.

İş şəraiti:

• Əmək haqqı: 400-500 AZN
• Ünvan: Nərimanov rayonu, Asif Məmmədov küçəsi 30

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tibb Bacısı” qeyd etməklə cv@zeferan.az elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP