Satınalmalar üzrə mütəxəssis
 
JOB TITLE: Satınalmalar üzrə mütəxəssis
EMPLOYER: Halal-P DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-16 LAST UPDATED: N/A DEADLINE: 2021-10-16

Halal-P” şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkət mətbəə, ofis və bank avadanlıqlarının təchizatı ilə məşğuldur, 20-dən artıq dünyaca məşhur brendlərin Azərbaycandakı rəsmi distribütorudur.

Satınalmalar üzrə mütəxəssis

Öhdəliklər:

- Təchizatçılar ilə əlaqələrin qurulması
- Satınalmaların təşkili və işə müvafiq sənəd dövriyyəsinin düzgün və operativ aparılması;
- Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə zamanında ən qənaətli yolla çatdırılması;
- Vəzifə icrası ilə bağlı digər işlər

Minimum bilik, səriştə və keyfiyyətlər:

- Ali təhsil;
- İngilis dilində yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
- İşgüzar etika, punktuallıq və vaxtdan düzgün istifadə etmək bacarığı
- MS Office computer bilikləri (xüsusən EXCEL və Word)

Üstünlük verilən meyarlar:

- Rus dilində yazılı və şifahi ünsiyyət bacarığı
- Əlaqəli sahədə iş təcrübəsi
- Xanım namizədlər

Qeyd:

- İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00
- Əmək haqqı: Danışıq əsasında

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu sətrində “Satınalmalar üzrə mütəxəssis” qeydi edərək hr@halal.az elektron ünvanına göndərməyi xahiş edirik.

Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP