Təchizat üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Təchizat üzrə kiçik mütəxəssis
EMPLOYER: Star Mining LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-17 LAST UPDATED: N/A DEADLINE: 2021-10-17

Təchizat üzrə kiçik mütəxəssis

Yaş həddi: 24-35
Ə/H: 750-800 AZN
Kişi namizəd

Namizədə tələblər:

- Ən azı 1 il təchizat sahəsində təcrübə
- Azərbaycan, Rus və İngilis dillərində bilməsi arzu olunandır
- Outlook, Excel və Word proqramlarında peşəkar işləmək bacarığı
- Komandada işləmək bacarığı
- İşinə məsuliyyətli yanaşma və çeviklik
- Yaradıcı düşünmə qabiliyyəti

Vəzifə təlimatı:

• Daxil olan sifarişlərin icrasını həyata keçirmək: mövcüd təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərə sorğular göndərmək, təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək.
• Tenderlərin təşkil edilməsi, şirkətlər ilə danışıqların aparılması və təchizat müqavilələrinin hazırlanması.
• Təsdiq edilən təkliflər əsasında satınalma sifarişlərinin (PO) hazırlanıb icra edilməsi.
• Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək.
• Şirkət təchizat strategiyasına uyğun olaraq yerli və xarici bazar araşdırmalarının aparılması, yeni təchizat mənbələrinin və tədarükçülərin müəyyən edilməsi və mövcud təchizatçı bazasın genişləndirilməsi;
• Bütün tələb olunan sənədləşmələri, yazışmaları, danışıqları və təchizat prosesini şirkət üçün ən sərfəli olan yollarla aparmaq.
• Şirkətin bütün prosedur və təlimatlarına, həmçinin təchizat etikalarına riyaət etmək.
• Təchizat şöbəsinin meneceri tərəfindən verilən əlavə tapşırıqları yerinə yetirmək

- İş vaxtı: Həftədə 5 gün, 09:00-dan 17:00-dək
- Nahar şirkət tərəfindən təmin edilir.
- İşə qəbul əmək məcəlləsinə uyğun aparılır.

Uyğun namizədlər CV formalarını hr@starmining.az mail-na mövzu yerində “Təchizat üzrə kiçik mütəxəssis” qeyd edərək göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP