Digital Memarlıq və 3D - Müəllim
 
JOB TITLE: Digital Memarlıq və 3D - Müəllim
EMPLOYER: Code Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-17 LAST UPDATED: N/A DEADLINE: 2021-10-17

Təsvir:

Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən azı 1 qrup, ən çox 2 qrupdur. İş saatları namizədin cədvəlinə uyğun olaraq səhər, axşam və / və ya həftəsonu qrupları ilə uyğunlaşdırılır.

Müəllimin əsas iş öhdəlikləri bunlardır:

- Tədris kurrikulumuna əsasən dərs keçmək;
- Tələbələrin suallarını vaxtında cavablamaq
- Tələbələrin tapşırıqlarına vaxtında və düzgün rəy bildirmək;
- Tələbələrin dərsdə iştirak və fəaliyyətinə mütəmadi nəzarət etmək;
- Tələbələrə fərdi yanaşmaq, onlarla inkişaf və karyera yönümlü söhbətlər aparmaq;
- Code Academy dəyərlərinə əsasən xidmət göstərmək.

Tələblər:

- Minimum 4 il Memarlıq sahəsində iş təcrübəsi;
- Autocad, 3ds Max, Revit, V-ray proqramlarını mükəmməl bilmək;
- İdarəetmə bacarığının olması;
- Ünsiyyət və kommunikasiya bacarığının olması;
- Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
- Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi.
- Dərs proqramı hazırlamaq və dərs keçmək təcrübəsinin olması arzu olunandır.

Müraciət üçün - https://qlor.me/kto40mq3

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP