Satış üzrə təmsilçi
 
JOB TITLE: Satış üzrə təmsilçi
EMPLOYER: MZ Exclusive DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-17 LAST UPDATED: N/A DEADLINE: 2021-10-17

MZ Exclusive” şirkəti Azərbaycanda ən böyük ixtisaslaşmış distribyutor mərkəzlərindən biridir. Biz peşəkar olaraq bütün ictimai iaşə müəssisələrinə (restoran, kafe, otel, kinoteatr, istirahət mərkəzləri və s.) məhsulların çatdırılması ilə məşğul oluruq.
Şirkətimizin anbarları FSSC22000 sistemi üzrə sertifikatlaşdırılmışdır. Anbarlar və saxlama kameraları bütün beynəlxalq standartlara cavab verir, müasir yükləmə-boşaltma texnikası, avtonom elektrik təchizatı, müxtəlif temperatur rejimlərinin saxlanması üçün soyuducu avadanlıqlar və bütün temperatur rejimlərinə uzaqdan nəzarət etmək imkanı ilə təchiz olunmuşdur. Şirkətin işçi heyəti daima müştərilərə keyfiyyətli xidmət göstərməyə çalışır və həmişə səmərəli və qarşılıqlı fayda gətirən əməkdaşlıqdan məmnunluq duyur.

Müştərilərimiz: Hilton Hotels & Resorts,Four Seasons Hotels & Resorts, Fairmont Hotels & Resorts, Park inn by Radisson, Papa Johns, Hard Rock cafe, Holiday İnn, Hyatt Regency və digər.

Tərəfdaşlarımız: LambWeston, Hochland , Cargill, Heinz, Miss Rella, Dijo.

Vəzifə- Satış üzrə təmsilçi

Əsas vəzifə və öhdəliklər:

- Potensial yeni müştərilərin axtarışı və cəlb olunması;
- Yeni sifarişlərin formalaşdırılması;
- Məhsullar və müştərilər üzrə aylıq hesabatların aparılması;
- Potensial müştərilər ilə işgüzar görüşlərin təşkili və aparılması;
- Müştəri bazasının toplanması;
- Satışın gücləndirilməsi üzrə strategiyanın hazırlanması;
- Şirkətə aid malların və xidmətlərin satışını həyata keçirilməsi;
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət;
- Daxili marketinq üzrə strategiyanın hazırlanması;
- Məhsulların təqdim olunması.

Namizədə aid tələblər:

- 2-30 yaş arasında;
- Ali təhsilli olması;
- Səlis azərbaycan, rus və ingilis dili bilikləri;
- İş təhlili və xidməti fəaliyyətin qiymətləndirilməsi bacarığı;
- Ən azı 1-2 il iş təcrübəsi;
- Satış qabiliyyəti olmalı;
- Microsoft Office proqramlarını sərbəst bilməsi mütləqdir;
- Diqqətli, məsuliyyətli ,çevik olması, ünsiyyətcil;
- Təşkilatçılıq və İdarəetmə;
- Məhsulları təqdim etmək bacarığına malik olmaq.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Sınaq müddəti- 3 ay;
- Əmək haqqı: 600 -700 AZN

E-mail: hr@gfc.az

CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP