İşə qəbul üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: İşə qəbul üzrə aparıcı mütəxəssis
EMPLOYER: Araz Supermarket DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-17 LAST UPDATED: N/A DEADLINE: 2021-10-17

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz Supermarketlər Şəbəkəsi "İşə qəbul üzrə aparıcı mütəxəssis" vakansiyasını elan edir!

Tələblər :

- Ali təhsil;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Dil bilikləri ( Rus , İngilis yüksək səviyyədə bilməli);
- MS Office bilikləri;
- Linkedindən aktiv istifadə bacarıqları;
- Problem həll etmə, analitik düşüncə, hesabatlılıq səriştəlikləri.

Vəzifə öhdəlikləri:

- Daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
- Namizədlərlə ilkin müsahibələri keçirmək;
- Müvafiq vakansiyalar üzrə struktur bölmə rəhbərləri ilə müsahibələri təşkil etmək və keçirilməsində iştirak etmək;
- Müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək;
- Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşməyə yönləndirmək;
- Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İşə qəbul üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP