Satış nümayəndəsi (TS)
 
JOB TITLE: Satış nümayəndəsi (TS)
EMPLOYER: BME SH DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-17 LAST UPDATED: N/A DEADLINE: 2021-10-17



Vəzifə Adı Satış nümayəndəsi (TS)

Vəzifə Öhdəliyi:

Bazar potensialının qısa və orta müddətli nəzərdən keçirilməsi,Hilti Satış Strategiyasının nəzərə alınması,bütün şirkət siyasətlərinə və prosedurlarına riayət edilməsi.

Məsuliyyət sahəsi:

• Mövcud və yeni müştərilərlə effektiv əlaqələrin yaradılması, əlaqələrin davamlı inkişafı , müştəri ehtiyaclarının həlli.
• Məhsulların satışı,yeni məhsulların tikinti sahələrində, ofislərdə və istehsal müəssisələrində tətbiqi, müştərilərə məhsullar və onların istifadəsi barəsində məlumatların verilməsi.
• Satış direktorunun dəstəyi ilə şirkətin strategiyası və prioritetlərinə uyğun olaraq aylıq, rüblük və illik satışların həyata keçirilməsi.
• Şirkətin strategiyasına sadiq qalmaq,hər il verilən biznes və inkişaf məqsədləri çərçivəsində bacarıq və qabiliyyətlərinin artırılması.
• Gündəlik hesabatları, müştəri haqqında məlumatları, həftəlik (aylıq) plan və tələb olunan hesabatların rəhbərliyə təqdim edilməsi
• Satışdan sonra, alacaqların toplanılmasını , göstərilən müddətlə təqib edilməsi.

Profil:

• Mühəndislik sahəsində təhsil almış
• Yüksək ünsiyyət bacarığı, satışda müvəffəqiyyət və hədəf yönümlü inkişaf
• Nəticəyə istiqamətlənmiş, dinamik, energetik , ünsiyyət qurmaq və özünü ifadə etmək bacarığı
• Problemlərin həllində və qərarların qəbul edilməsində strateji və yaradıcı yanaşmaların olması
• İngilis və Rus dili biliyi, MS Office proqramlarında işləmək bacarığı
• Sürücülük vəsiqəsi

Zəhmət olmasa Cv-lərinizi reception@bmesh.az e-mail ünvanina Satış Nümayəndəsi başliğıyla göndərin

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP