Maddi vəsaitlər üzrə mütəxəssis
 
JOB TITLE: Maddi vəsaitlər üzrə mütəxəssis
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-17 LAST UPDATED: N/A DEADLINE: 2021-10-17

Şirkət: Veysəloğlu MMC
Vəzifə: Maddi vəsaitlər üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil

Vəzifə öhdəlikləri:

- Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod təyin etmək
- Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək,vəsaitlər haqqında məlumatları sistemə daxil etmək
- Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və növbədənkənar inventarizasiyasını aparmaq və vəsaitlərdən məsul şəxslərə akt şəklində təhvil vermək
- Əsas vəsaitləri onların sistemdəki koduna uyğun olaraq barkodlamaq
- Yeni icarəyə götürülən məkanları sahibkarla təhvil-təslim etmək
- Maddi vəsaitlər deposuna getmədən birbaşa mağazalarda quraşdırılan əsas vəsaitlərin təhvil-təslimində iştirak etmək və yerində barkodlaşdırmaq
- Ehtiyac olduqda regionlara ezamiyyətə gedərək vəzifə funksiyalarını icra etmək
- Alış sənədlərini, aylıq anbar qalıqları sənədlərini və illik inventarizasiya nəticələrini tədim etmək
- Dəftərxana, promosyon, təsərrüfat, vitrin və əsas vəsait anbarında aylıq sayımlar həyata keçirmək, nəticələri barədə birbaşa rəhbərinə və mühasibatlıq şöbəsinə məlumat vermək

Tələblər:

- Mühasibatlıq, iqtisadiyyat üzrə anlayışlar üstünlükdür
- MS Office kompüter proqramları biliyi
- Şəxsi avtomobil tələb edilir

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə.
- Endirimli tibbi xidmət
- Əmək müqaviləsi

İş qrafiki: 5 günlük

Digər təminatlar: Avtomobilin yanacaq ödənişi və nahar şirkət tərəfindən qarşılanır.

Müraciət qaydaları: recruitment@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maddi vəsaitlər üzrə mütəxəssis” yazaraq CV göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP