Satış müdiri (Korporativ şöbə)
 
JOB TITLE: Satış müdiri (Korporativ şöbə)
EMPLOYER: Caspian Equipment Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-17 LAST UPDATED: N/A DEADLINE: 2021-10-17

Şirkət: Caspian Equipment Company
Vəzifə: Satış müdiri (Korporativ şöbə)

Vəzifə öhdəlikləri:

1. Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;
2. Təmsil olunan brendlər ilə bağlı illik planın tərtibi,plan üzrə sifarişin icrası,planın yerinə yetirilməsinin təmini;
3. Bazarın araşdırılması (rəqib şirkətlərin stokları,rəqiblərin təklif etdikləri sürtgü yağlar, ehtiyyat hissələri və qiymətləri,onların çatdırılma və satış şərtləri);
4. Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
5. Müştəri bazasının formalaşdırılması
6. Satıcıların üzləşdiyi problemlərin həlli üçün onlara dəstək olmaq;
7. Şirkətin satış həcminin artırılmasına dəstək;
8. Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
9. Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
10. Tabeçiliyində olan əməkdaşlara rəhbərlik edilməsi və ayda 2 dəfə təlim verilməsi,onların təkmilləşdirilməsi;
11. İşçilərin şirkət daxili nizam-intizam qaydalarına riayət etmələrinin təmin olunması;
12. Gündəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
13. Rəhbərliyin verdiyi tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi;

Namizədə dair tələblər:

- Ali təhsil (Menecment sahəsinə üstünlük verilir).
- Müvafiq sahə üzrə iş təcrübəsi: minimum 5 il (sürtgü yağlar və ehtiyyat hissələri sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- 1C, MS Office - əla
- Azərbaycan dili - əla, İngilis və Rus dili – yaxşı.
- Sürücülük vəsiqəsi: B, BC
- Ünsiyyət yaratmaq bacarığı, analitik düşünmə qabiliyyəti;
- Təmsil etmə qabiliyyəti, satışın psixologiyası və əsasları, insan psixologiyası üzrə biliklər
- Aktiv və çalışqan
- Ezamiyyət imkanı

İş şərtləri:

- Ünvan: Binəqədi ray., Mədən küç., 4.
- Ə/h namizədin təcrübəsinə və biliklərinə görə müəyyən ediləcək

Maraqlanan namizədlər mövzu yerində “Satış müdiri” yazmaqla öz CV-lərini hr@cec.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP