Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: FF Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-20 LAST UPDATED: N/A DEADLINE: 2021-10-20

Vəzifə: Hüquqşünas

İş barədə məlumat:

• Podrat müqavilələrinin hazırlanması, imzalanmasına nəzarət etmək;
• Alqı-satqı müqavilələrinə nəzarət etmək, lazımı bəndlərin əlavə edilməsi və.s
• Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
• Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi;
• Notarial təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
• Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
• Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
• Tam məxfiliyə riayət edilməsi.

Tələblər:

• Ali hüquqi təhsil (kommersiya və ya yönümlü arzuolunandır);
• İxtisas üzrə 2-5 il iş təcrübəsi;
• Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
• Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
• Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet);
• Dürüst, stresədavamlı, məsuliyyətli.

Əlavə şərtlər:

• Əmək haqqı: 800-1200 azn
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;

Uyğun namizədlər CV-lərini cv@ffgroup.az mail ünvanına göndərə bilər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP