Baş Mühasib
 
JOB TITLE: Baş Mühasib
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-20 LAST UPDATED: N/A DEADLINE: 2021-10-20

Vəzifə: Baş Mühasib

 

Namizədə tələblər:

- Maliyyə mühasibatlıq İxtisası üzrə ali təhsil;
- Mühasib/böyük mühasib vəzifəsində təcrübəsi- minum 3 il;
- Maliyyə büdcəsinin hazırlanma qaydaları;
- Müvafiq normativ-hüquqi sənədlər;
- Maya dəyərinin hesablanması qaydaları;
- Avans hesablarının təlimatı;
- Şirkətin uçot siyasəti;
- MS Office-excel- əla səviyyədə;
- 1C proqramlarında sərbəst işləmə bacarıqlar;.
- e-gov.az,e-taxes.gov.az və digər potaldan istifadə etmək bacırığı;
- Vergi,əmək qanunvericilikləri üzrə biliklər sahib olmalı;
- Balansın çıxarılması üzrə biliklərə sahib olmalı.

Vəzifə öhdəlikləri:

- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmalarının tərtibi və nəzarəti;
- Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara (Xüsusi Rejimli Vergi Xidməti Departamenti, DSMF və Statiştika Şöbəsi) təqdim edilməsi
- Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
- Hesab və elektron qaimə-fakturalarının yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsinə nəzarət;
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
- Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasını təmin etmək;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasına nəzarət etmək;
- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətləri həyata keçirmək ;
- İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
- Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.

Şəxsi keyfiyyətlər:

- Kollektivdə işləmək qabiliyyəti;
- Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olan kişi və ya qadın namizədlər:

İş şəraiti:

- İş yeri: Şabran rayonu.
- İş saatı : Həftədə 5 gün 09:00-18:00

Müraciət qaydası: Zəhmət olmasa CV-lərinizi info@urc.az e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Baş Mühasib” qeyd etməyi unutmayın.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP