Sürücü
 
JOB TITLE: Sürücü
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-21 LAST UPDATED: N/A DEADLINE: 2021-10-21

“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

“MKT İstehsalat Kommersiya” MMC xam Pambıqdan əsasən Mahlıc, Çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jmıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.

2021-ci ilin Yanvar, Fevral və Mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssısəmizdə işçı sayı 3200 nəfərdir və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.

“MKT İK” MMC İnzibati şöbəsinə qoşulmaq üçün açıq fikirli və enerjili Sürücü axtarır.

Vəzifə öhdəlikləri:

• Müəyyən edilmiş avtonəqliyyat vasitəsini idarə etməli;
• Şirkətin işləri ilə bağlı respublika daxili müəyyən istiqamətlərdə daşınmanı təmin etməli;
• Avtomobilin təmizliyinə daim nəzarət etməli;
• Avtomobil nasazlıqlarını vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirməli, aşkar olunmuş nasazlıqları vaxtında aradan qaldırılmasını təmin etməli;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatlara, dövlət yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etməli;
• Şirkətin siyasət, təlimat və xidməti standartlarına və qaydalarına riayət etməli.

Tələblər:

• Şəxsi sürücü kimi minimum 3 (üç) il iş təcrübəsi olması mütləqdir;
• “B” kateqoriyalı sürücülük vəsiqəsi;
• Avtomobilin quruluşu üzrə yaxşı biliklər;
• Baki şəhəri və ölkə ərazisini yaxşı tanıma;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edilməsi;
• Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

Səriştələr:

• Məsuliyyətli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük

Əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Sürücü” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP