Normativ hüquqi təminat şöbəsinin baş mütəxəssisi
 
JOB TITLE: Normativ hüquqi təminat şöbəsinin baş mütəxəssisi
EMPLOYER: Dövlət qurumu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-22 LAST UPDATED: N/A DEADLINE: 2021-10-21

STRUKTURUN ADI: Dövlət qurumu

VAKANT VƏZİFƏ: Hüquq departamenti/ Normativ hüquqi təminat şöbəsi/ baş mütəxəssis
ƏMƏK HAQQI: Ştat cədvəlinə əsasən müəyyən olunur

VƏZİFƏ FUNKSİYALARI:

- Agentliyin fəaliyyət istiqamətləri üzrə müvafiq normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların layihələrini hazırlamaq və (və ya) hazırlanmasında iştirak etmək;
- Agentliyin fəaliyyətini tənzimləyən təşkilati-sərəncamverici və digər sənədlərin layihələrini hazırlamaq və ya Agentliyin Aparatının struktur bölmələri ilə birlikdə onların hazırlanmasında iştirak etmək;
- Nazirliyin, həmçinin Agentliyin strukturları tərəfindən hazırlanmış hüquqi aktların, o cümlədən normativ hüquqi aktların, normativ xarakterli aktların, beynəlxalq müqavilələrin layihələrinin məcburi hüquqi ekspertizasını həyata keçirmək;
- Agentliyin səlahiyyətinə aid olan məsələlərin, o cümlədən məşğulluq və işsizlikdən sığorta sahəsinə dair normativ hüquqi aktların tətbiqi təcrübəsini ümumiləşdirmək, təhlilini aparmaq və bu təcrübənin təkmilləşdirilməsi ilə bağlı təkliflərin işlənib hazırlanmasında iştirak etmək;
- Agentliyin strukturları tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini təhlil etmək və ümumiləşdirmək, bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
- Birbaşa rəhbəri tərəfindən verilən şöbənin fəaliyyət istiqamətlərinə aid olan digər tapşırıqları yerinə yetirmək.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:

- Təhsil tələbi: Ali təhsil (hüquq sahəsi üzrə);
- İş stajı: İxtisas üzrə minimum 3 il iş təcrübəsi, ən az 2 il normayaratma təcrübəsi;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə)

VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:

- Yüksək səviyyədə analitik araşdırma qabiliyyəti;
- Məsuliyyətlilik;
- Təşəbbüskarlıq;
- Vaxtın səmərəli idarə edilməsi;
- Kollektivdə işləmək bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Normativ hüquqi təminat şöbəsinin baş mütəxəssisi” yazaraq hr.gov.az@gmail.com mail ünvanına 20.10.2021-ci il tarixinə qədər göndərmələri xahiş olunur.

Qeyd: Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP