Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Caspel LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-22 LAST UPDATED: N/A DEADLINE: 2021-10-22

Vəzifə: Baş mühasib
Struktur hissəsi: Mühasibatlıq
Birbaşa tabeçilik: Maliyyə Direktoru
Funksional tabeçilik: İdarə Heyətinin Sədri

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏR:

• Mühasibatın işinə rəhbərlik edir və cavabdehlik daşıyır.
• Mühasibat sənədlərinin tərtibatına və dövriyyəsini tam nəzarət edir və cavabdehlik daşıyır.
• Cəmiyyətin mühasibatlığına daxil olan hesabların ERP proqram məhsulunun bazasına daxil edilməsini təmin edir;
• Daxil olan hesablara əsasən ödəniş tapşırığının hazırlanmasını təmin edir;
• Satış müqavilələrinə əsasən müştərilərə hesab göndərilməsini təmin edir, müştərilər tərəfindən ödənişin həyata keçirilməsinə nəzarət edir;
• Bank əməliyyatlarının aparılmasını və ERP proqram məhsulunun bazasında həmin əməliyyatların qeydiyyatını təmin edir;
• Kredit əməliyyatlarının aparılmasını və ERP proqram məhsulunun bazasında həmin əməliyyatların qeydiyyatını təmin edir;
• Əsas vəsaitlərin hərəkətinin qeydiyyatının aparılmasını təmin edir;
• Malların mədaxil və məxaric qaimələrinin yazılmasına nəzarət edir;
• Kassa əməliyyatlarının qeydiyyatının aparılmasına nəzarət edir;
• Müvafiq müxabirləşmələrə nəzarət edir və cavabdehlik daşıyır.
• Müəssisənin mənfəət və zərərinin müəyyənləşdirir
• Aylıq və rüblük hesabatların, illik balansın tərtib edir və müvafiq dövlət orqanlarına təqdim edir.
• Mühasibatın işini təşkil edir və nəzarət edir;
• Dövlət orqanlarına təqdim ediləcək hesabatları hazırlayır və tələb olunan müddətlərdə aidiyyatı üzrə təqdim edir;
• Mühasibatın işçilərinin vəzifə öhdəliklərini müəyyənləşdirir və rəhbərlik ilə razılaşdırırır;
• Mühasibatın işçilərinin peşqəkarlıq qabiliyyətlərinin artırılması məqsədilə onların kurs və təlimlərə göndərilməsi ardıjıllığını müəyyənləşdirir və rəhbərlik ilə razhılaşdırılır;
• İşçilərin müəyyən olunmuş vaxtda əmək haqqlarını almasını təşkil edir, sosial və digər müavinətlərin alınmasına nəzarət və təşkil edir;
• Balans hesabları üzrə təqdim edilmiş aylıq dövriyyə cədvəllərinə nəzarət edir;
• Aylıq olaraq cəmiyyətin mənfəətini müəyyənlləşdirir;
• Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir.

Tələblər:

- Ali iqtisadi təhsili
- Azərbaycan, rus , ingilis dillərini tələb olunan səviyyədə bilmək;
- Mühasibat proqramlarını bilmək və kompüterdə işləmək bacarığı
- Mühasibatlıq üzrə ən azı 3 il staj

Fərdi keyfiyyətlər:

- Diqqətlilik
- Məsuliyyətlilik
- Təşkilatçılıq
- Səliqəlilik

Məşğulluq: Tam

E-mail: sidiqa.p@caspel.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP