Sistem inzibatçısı (administratoru)
 
JOB TITLE: Sistem inzibatçısı (administratoru)
EMPLOYER: ProSol QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-22 LAST UPDATED: N/A DEADLINE: 2021-10-16

Biz-kökləri yüksək texnologiyalar sahəsində İsrail sənayesinə gedən, ölkədə təhlükəsiz kiber-mühitin yaradılmasına sadiq olan Azərbaycan şirkətiyik. Təhlükəsiz və etibarlı rəqəmsal ekosistem yaratmaqda hökumətlərin, kritik infrastruktur təşkilatlarının və korporativ müəssisələrin kibertəhlükəsizlik və İnformasiya Texnologiyalarının (İT) ehtiyaclarını qarşılayırıq. Texnoloji üstünlüyü, məlumatların təhlili və biznes yönümlü düşüncəni tətbiq edərək, müştərilərimizə biznes məqsədlərini və strategiyalarını daha sürətli şəkildə müdafiə etməyə kömək edirik.

Biz nə edirik:

Müştərilərimizlə biznes məqsədlərini tam şəkildə dəstəkləyən aydın Kiber Təhlükəsizlik strategiyasının inkişaf etdirilməsi üzərində işləyirik. PROSOL-un kiber risklərin idarə edilməsi üzrə məsləhətçiləri kimi, biz müştərilərə kiber risklərin idarə edilməsi və IT üçün xüsusi nəzarət arxitekturasını optimallaşdırmağa kömək edirik.

Vakansiya: Sistem inzibatçısı (administratoru)

Tələblər:

1. Uyğun sahə üzrə ali bakalavr təhsili / MCSE /Azure Administrator AssociateITIL Foundation
4. Ofis proqramları ilə işləmək bacarığı: MS Excel, MS Word, MS Power Point, Outlook
5. Sahə üzrə minimum 2 il iş təcrübəsi
5. Azərbaycan, ingilis dillərində əla yazılı və şifahi ünsiyyət bacarıqları.
6. Bir çox vəzifələri eyni zamanda həll etmək üçün plan imkanı
7. Diqqət və analitik düşünmə bacarığı
9. Öz təşəbbüsü və komandanın bir hissəsi kimi işləmək bacarığı
10. Əla təqdimat, həmçinin, hesabatların yazılması da daxil olmaqla, ünsiyyət bacarıqları

 

Vəzifə öhdəlikləri:

- Virtual və fiziki serverləri qurmaq , idarə etmək, serverlərin düzgün və kəsintisiz işləməsinə nəzarət etmək, ehtiyaca uyğun olaraq serverlərin gücünü və yaddaş disklərini artırmaq
- Şirkətin İT prosedur, qayda və siyasətlərinə müvafiq olaraq istifadəçiyə onun işlədiyi serverlərdə uyğun icazə və səlahiyyətlər vermək
- Saxlanc qurğularının strukturu, istifadə limitləri, ehtiyyat nüsxələrin alınma standartlarını qurmaq və həmin standartlar çərçivəsində istifadəsindən cavabdeh olmaq
- Terminal serverləri qurulması və dayanıqlılığının təmin edilməsi prosesində iştirak etmək
- Virtual və fiziki mühitin cari tənzimləmələrinin, standart operativ prosedurların, qabaqcıl təcrübələrin və tətbiq olunan yeniliklərin axışlarının qeydiyyatını aparmaq
- Backup&Restore sisteminin qurmulması, mütəmadi olaraq test edilməsi, davamlı işləməsinin təmin edilməsi prosesində iştirak etmək
- Backup üçün serverlər qurmaq, backup proqram təminatını yazmaq və sazlamaq, backup proqram təminatının backup avadanlığı ilə işləməsinin təmin edilməsi üçün verilən tapşırıqları icra etmək
- Avtomatlaşdırılmış backup proseslərini yaratmaq, avtomatlaşdırılmış backup prosesinə müvafiq olaraq backup avadanlığını hissələrə ayırmaq, backup avadanlıqlarını backup serverlərdə sazlamaq, serverə tanıtmaq, düzgün bölüşdürülməsini təmin edilməsi proseslərində iştirak etmək
- Server və Storage-lə bağlı hardware və software problemlərinin yaranma ehtimallarını öncədən müəyyən etmək, aydınlaşdırmaq və aradan qaldırmaq
- Hardware və software-də üzə çıxan problemləri, boşluqları aradan qaldırmaq, yeniləmələri, təkrar tənzimləmələri cədvələ salmaq (schedule) və həyata keçirmək
- Yaddaş qurğularında çıxan problemləri, boşluqları təyin etmək və aradan qaldırmaq, yaddaş qurğularında çıxan problemlərin risklilik dərəcəsini nəzərə alaraq məlumat itkisinin qarşısını almaq üçün dayanıqlı yaddaş qruplarını (RAİD) yaratmaq, nasaz yaddaş qurğularını yenisi ilə əvəz etmək
- Bulud həllərinin idarə edilməsi, mümkün avtomatlaşma həllərini tətbiq etmək, kəsintisiz və əlçatanlığı təmin etmək
- Bulud həllərində istifadəçilərə prosedur və qaydalara uyğun olaraq yetkilər vermək, Active Directory-da ehtiyaca görə dəyişikliklər etmək
- Virtual maşınların hazırlanması və tələbə uyğun olan virtual maşın gücünü təyin etmək, ehtiyaca görə dəyişikliklər edilməsi
- Bulud həllərində yenilikləri təqib etmək, qabaqcıl təcrübələri öyrənmək
- Yeni kontakt əlavə etmək, yeni mail adresi və mail qrupların standard və prosedurlara uyğun açılmasına nəzarət etmək

Biz nə təklif edirik:

PROSOL-da sizin uzunmüddətli gələcəyiniz bizim üçün də vacibdir. Buna görə məqsədimiz bir ömür boyu sizə lazım olacaq təcrübə verməkdir. Təlim və inkişaf, biznes və ya könüllü imkanları inkişaf etdirmək üçün uğurlu karyera qurmaq əsnasında zəngin təcrübə əldə edəcəksiniz. Biz bu xüsusiyyətimizlə fəxr edirik – işə qəbul olunan işin məsuliyyətini qəbul edir, yeni düşüncə tərzlərini təşviq edir və müxtəlifliyi və inkluzivliyi əhatə edir. Bizim də ruhumuz innovatordur və biz işimizi necə və nə etdiyimizdə – daha yaxşı olmaq üçün çalışırıq. Bundan əlavə, biz təklif edirik:

- Fəaliyyətə əsasən artan əmək haqqı;
- Şəffaf karyera yolu;
- Təlim və inkişaf proqramlarının geniş mövcud olduğu şərait;
- Beynəlxalq yönümlü müxtəlif layihələrdə iştirak etməklə peşə vərdişlərinin daha da inkişaf etdirilməsi imkanları.

Müraciət üçün son tarix: 15.10.2021

Müraciətlərinizi, vakansiya başlığını mövzu bölümünə qeyd etməklə hr@prosol.az e-mail adresinə göndərə bilərsiniz. Həmçinin, şirkətimiz barədə ətraflı məlumatı yenilənmiş www.prosol.az ünvanından əldə edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP