Məlumatların keyfiyyəti üzrə mütəxəssis/baş mütəxəssis
 
JOB TITLE: Məlumatların keyfiyyəti üzrə mütəxəssis/baş mütəxəssis
EMPLOYER: ABB ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-23 LAST UPDATED: N/A DEADLINE: 2021-10-23

Azərbaycan Beynəlxalq Bankı Data Texnologiyaları departamentinə Məlumatların keyfiyyəti üzrə mütəxəssis/baş mütəxəssis vakansiyalarını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

• Məlumatların keyfiyyət standartlarını, məlumatların idarə edilməsi vasitələrini, ölçülərinin və s. müəyyənləşdirilməsi;
• Təşkilat daxilində məlumatların keyfiyyəti, xüsusilə təyin edilmiş kritik məlumat elementləri üzrə monitorinq və hesabatlılıq, məlumatların keyfiyyəti problemlərinin monitorinqi və izlənməsi üçün problemlərin saxlanması;
• Boşluqları/problemləri müəyyən etmək üçün müntəzəm (aylıq) şəkildə korporativ məlumatların keyfiyyətinin monitorinq panelinin yaradılması və yenilənməsi;
• Məlumatların keyfiyyət problemlərinin əsas səbəblərinin təhlilində iştirak etmək və boşluqların aradan qaldırılması üçün fəaliyyət planlarının hazırlanmasına köməklik göstərmək;
• Bütün təşkilat çərçivəsində məlumatların keyfiyyəti ilə bağlı layihələrin əlaqələndirilməsi və idarə edilməsi;
• Məlumatların keyfiyyəti ilə bağlı məlumatların siyasət və prosedurlarının yaradılmasına köməyin göstərilməsi;
• Bərpa planlarının işlənib hazırlanmasına, gündəliyin müəyyənləşdirilməsinə və müvafiq materialların hazırlanmasına xüsusi diqqət yetirərək, məlumatların keyfiyyəti üzrə işçi qruplara köməklik göstərmək;
• Kritik məlumat elementlərinin (CDEs) aşkarlanması;
• Metadata idarəetmə və onların tələblərinə cavab verən biznes proseslərinin və standartlarının yaradılması, monitorinqi və uyğunluğun təmin edilməsi;
• Biznes metadata (məsələn, biznes anlayışlar, təhlükəsizlik/çıxış səviyyəsi, data keyfiyyət qaydaları) və texniki metadata (məsələn, texniki / fiziki data elementləri, və.s) strukturlaşdırılması üçün şablonların hazırlanması;
• Metadata dəyişikliklərin təsdiq edilməsi və metadata yeni tələbatın idarə edilməsi;
• Domen sahibləri tərəfindən hazırlanmış biznes anlayışlarının təsdiq və məlumat mənbələrinin müəyyən edilməsi;
• Ümumi təşkilati məlumat lüğətinin hazırlanması və idarə edilməsi.

Bizim üçün ideal namizəd:

• Minimum 2-5 illik İnformasiya texnologiyaları sahəsində təcrübəyə sahib (bank təcrübəsi mütləqdir);
• SQL üzrə yüksək təcrübəyə sahib;
• Məlumatların keyfiyyəti alətləri ilə təcrübəyə malik;
• Yüksək kommunikasiya bacarığına sahib;
• Metadata problemləri və prosesləri üzrə dərin biliklərə sahib;
• Sistem məlumatlarının xəritələşdirilməsi və izlənməsi sahəsində təcrübəyə malik;
• Məlumat lüğətlərini müəyyənləşdirmək, həyata keçirmək və idarə etmək təcrübəsinə sahib;
• Performansın idarə olunması metrikləri ilə iş təcrübəsinə sahib;
• Məlumatların keyfiyyəti və prosesləri üzrə biliklərə malikdir

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@abb-bank.az elektron ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Məlumatların keyfiyyəti üzrə mütəxəssis/baş mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP