Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Mandarin.az DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-23 LAST UPDATED: N/A DEADLINE: 2021-10-23

Hörmətli bağlantılarımız,

Mandarin.az online satış bazarında yeni yaradılan və yüksək rəqabətliliyi ilə tanınan şirkət olaraq 2021-ci ildən fəaliyyətə başlamışdır.

“Mandarin.az” Baş mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. Uyğun namizədləri komandamızda görməkdən şad olarıq !

Vəzifə öhdəlikləri:

- Təsərrüfat əməliyyatların mühasibat kitablarında Azərbaycan Respublikası vergi, sosial sığorta, əmək və digər qanunvericiliklərin tələblərinə uyğun əks olunmasının təmin olunması
- Vergi, DSMF, statistika, məşğulluq üzrə bəyannamələrin və hesabatların hazırlanmasının və vaxtlı-vaxtında aidiyyatı dövlət qurumlarına təqdim olunmasının təmin olunması
- Ödənişlərin Azərbaycan Respublikası vergi, sosial sığorta, əmək qanunvericiliklərin və AR Mərkəzi Bankın tələblərinə uyğun aparılmasının təmin olunması
- İmzalanacaq müqavilələrin Azərbaycan Respublikası vergi, sosial sığorta, əmək və digər qanunvericiliklərin tələblərinə uyğun hazırlanmasının təmin olunması
- Əmək haqqı cədvəllərin hazırlanması, hesablanması və işçilərlə hesablaşmalar prosesinə birbaşa nəzarət
- Xəstəlik vərəqələrin hazırlanması, hesablanması və həmin vərəqələr üzrə hesablaşmalara birbaşa nəzarət
- Şirkərin aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatların zamanında hazırlnaması üçün “Dövr bağlanışı” ilə bağlı (Month End Closing) əməliyyatların zamanında tamamlanmasının və “Dövriyyə cədvəlinin” (Trial Balance) zamanında hazırlanmasının təmin olunması
- On-line kargüzarlıq üzərindən aparılan yazışmalara nəzarət və daxil olan bütün sorğuların zamanında və qanunvericiliyə uyğun cavablandırılmasının təmin olunması
- Dövlət qurumları (vergi, DSMF, statistika, əmək müfəttişliyi, Mərkəzi Bank, gömrük və s.) ilə aparılan yazışmalara nəzarət və daxil olan bütün sorğuların zamanında və qanunvericiliyə uyğun cavablandırılmasının təmin olunması
- Maliyyə hesabatlarının və vergi bəyannamələrin yoxlanılması ilə bağlı audit prosesinin təşkil olunması və auditorlarla iş prosesinin koordinasıyası
- Dövlət orqanları tərəfindən aparılan səyyar yoxlamalar prosesinə nəzarət və həmin yoxlamalar zamanı şirkəti təmsil edərək şirkətin maraq və mövqeyinin müdafiəsini təmin etmək
- Təsərrüfat əməliyyatların şirkətin daxili siyasət və prosedurların tələblərinə uyğun aparılmasının təmin olunması
- Ehtiyac duyulduqda şirkətin daxili siyasət və prosedurlarında dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlanması və rəhbərliyə təqdim olunması
- Mühasibtalıq heyətinin işinin koordinasiyası və tənzimlənməsi
- Rəhbərlik tərəfindən verilən bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək
- Həm tabeçiliyində olan işçi heyətinə, həmdə rəhbərliyə lazım olan dəstəyi vermək

Tələblər:

- Ən azı 3 il baş mühasib vəzifəsində iş təcrübəsi
- Ali təhsil/ən azı bakalavr dərəcəsi (iqtisadiyyat profilli təhsili olanlara üstünlük verilir)
- BMHS (IFRS) mühasibat kurslarını keçmiş namizədlərə üstünlük verilir
- İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir
- 1C: Mühasibat proqram təminatlarının istifadəçilərinə üstünlük verilir

İş qrafiki: 5 günlük
Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Vakansiyaya müraciət üçün CV-nizi “Baş mühasib” mövzusu ilə hr@mandarin.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Mandarin.az online satış bazarında yeni yaradılan və yüksək rəqabətliliyi ilə tanınan şirkət olaraq 2021-ci ildən fəaliyyətə başlamışdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP