Qrafik dizayner
 
JOB TITLE: Qrafik dizayner
EMPLOYER: Sağlam Ailə DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-23 LAST UPDATED: N/A DEADLINE: 2021-10-23

Sağlam Ailə” tibb mərkəzi Qrafik dizayner vakansiyası elan edir.

Vəzifə və öhdəliklər:

• Günlük dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi;
• Promo və çap məhsulları ilə bağlı dizayn materiallarının hazırlanması;
• Sosial media və veb sayt üçün qrafik dizaynların hazırlanması.

Namizədə olan tələblər:

• Adobe Illustrator və Adobe Photoshop bilikləri (Adobe ailəsindən digər proqramları bilməsi üstünlükdür);
• Poliqrafiya sahəsində və agentliklərdə təcrübənin olması arzuolunandır (minimum 1 il);
• Kreativ düşüncə, yaradıcı yanaşma və kollektivlə işləmə bacarığı;
• İngilis dili arzu olunandır.

İş barədə məlumat:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
• İş qrafiki: 6 gün (08:30-17:00 və ya 09:00-17:30)
• Əmək haqqı: 700 AZN.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Qrafik dizayner” qeyd etməklə və portfolio məktuba əlavə edilməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP