Elektrik mühəndisi
 
JOB TITLE: Elektrik mühəndisi
EMPLOYER: ID - Agropark DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-23 LAST UPDATED: N/A DEADLINE: 2021-10-23

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkət “İD Agropark” MMC “Elektrik mühəndis” vəzifəsinə işə qəbul elan edir.

İş yeri: Saatlı rayonu

Vəzifə və öhdəliklər:

• Elektrik işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
• Elektrik xətləri şəbəkələrini, müvafiq avadanlıqları, digər elektrik aparatlarını quraşdırmalı, onların normal fəaliyyətinə nəzarət etməli və müəyyən nazaslıq halında təmir etməli;
• Daxili işıqlandırma naqillərinin çəkilməsi, quraşdırılması və montaj işini çertyoj və verilən göstərişlərə əsasən həyata keçirməli;
• Elektrik ötürücü və təminat naqil və kabellərinin texniki göstəricilərini müntəzəm olaraq nəzarətdə saxlamalı;
• Su nasosxanası və digər obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
• Su nasosxanasında olan mühərriklərin və başqa obyektlərdə olan mühərriklərin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin nəzarətdə saxlamaq, təmir etmək;
• Elektrik yükünün hesablanması;
• Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
• Layihələrdə təmir-tikinti işlərinə nəzarət, elektrik işlərinin düzgün təşkil edilməsi;
• Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
• Kabel sistemlərinin (kabel kanalları və kabel qutuları) çəkilməsi;
• Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydasının bilməli;
• Görüşlər təşkil etməklə işə cəlb olunan digər işçilərin işin əhatə dairəsini, işlə bağlı təhlükələri və nəzarət tədbirlərini tam başa düşməsini təmin etmək, həmçinin xüsusi fəaliyyətə cəlb olunan həmin işçilərin “İşə İcazə” sənədinin iş sahəsi ilə bağlı nüsxəsinin imzalamasını təmin etmək;
• Dəyişən və birbaşa cərəyanlı cihaz və avadanlıqların montajı və qoşulması;
• Aşağı və yüksək voltajlı cihaz və avadanlıqların montajı;
• Müxtəlif komponentlərin bərkidilməsi və montajı;
• Elektrik vəzifəsi üzrə bütün öhdəliklərin daima təhlükəsiz və yüksək standartlara uyğun həyata keçirilməsini təmin edərək Şirkətin/layihənin bütün müvafiq iş prinsiplərini, iş metodlarını və prosedurlarını oxumaq, başa düşmək və tətbiq etmək;
• Bütün işləri müvafiq iş siyahısı/iş tapşırığı təlimatlarına, müvafiq prosedurlara və cizgilərə/sxemlərə uyğun tamamlamaq;
• Bütün təhlükələrdən qaynaqlanan riskləri nəzarət tədbirlərini həyata keçirməklə minimum məqbul səviyyəyə endirmək üçün istənilən dəyişikliyin idarə edilməsi ilə bağlı məsələləri Sahə Nəzarətçisinə müntəzəm şəkildə bildirmək və Sahə Nəzarətçisi ilə əlaqə saxlamaq;

Tələb olunan bacarıqlar:

• Texniki sahədə ali təhsil;
• Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;
• Montaj və təmir metodlarını bilmək;
• Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
• Elektrik sxemlərini tərtib etmək bacarığı;
• Elektrik norma və standartlarından hərtərəfli xəbərdar olmaq;
• Təhlükəsizlik qaydalarını və qabaqlayıcı tədbirləri bilməli;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya bacarığı;
• MS Office proqramları;
• Azərbaycan dilindən başqa rus və ingilis dilləri bilən namizədlər arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini idagropark21@gmail.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Elektrik mühəndis” qeyd etməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP