Marketinq üzrə təcrübəçi
 
JOB TITLE: Marketinq üzrə təcrübəçi
EMPLOYER: SSI Retail MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-24 LAST UPDATED: 2021-09-24 DEADLINE: 2021-10-24

1996-cı ildə əsası qoyulan “Sinteks” Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. “Sinteks” 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lyuks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

“Sinteks” Şirkətlər Qrupunun “SSİ Retail” MMC-də hal-hazırda Marketinq üzrə təcrübəçi tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu marketinq işlərinin aparılmasına dəstək göstərməkdir.

Vəzifə öhdəlikləri:

• Bazar araşdırması prosesində iştirak edir
• Promo və tədbirləri təşkilində iştirak edir
• Foto və video çəkilişləri təşkil edir
• Şöbəyə aid olan digər tapşırıqları icra edir
• Sosial media aktivlikləri təşkil edir
• Kontent hazırlıqlarını icra edir

Əsas tələblər:

Təhsil:
• Müvafiq sahədə Ali təhsil

Təcrübə:
• Müvafiq sahədə iş təcrübəsi arzu olunandır

Professional biliklər:
• Sosial şəbəkələrin iş prinsipini bilmək
• İngilis dili yaxşı səviyyədə
• MS Office Proqramları bilikləri arzu olunandır

Professional bacarıqlar və kompetensiyalar:
• Kreativlik
• Məsuliyyət
• Detallara diqqət
• Ünsiyyət bacarıqları

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq üzrə təcrübəçi” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP