Şəbəkənin monitorinqi üzrə mütəxəssis
 
JOB TITLE: Şəbəkənin monitorinqi üzrə mütəxəssis
EMPLOYER: STDC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-24 LAST UPDATED: N/A DEADLINE: 2021-10-24

Vəzifə: Şəbəkənin monitorinqi üzrə mütəxəssis
Şirkət: STDC MMC (Sumqayıt Texnologiyalar Data Mərkəzi)
İş yeri: Sumqayıt
İşə qəbul: əmək müqaviləsi
İş rejimi: növbəli
Əmək haqqı: 600-800 AZN

ÖHDƏLİKLƏR:

• LAN/WAN şəbəkəsi və İT infrastrukturunda yaranana biləcək problemlərin həlli;
• Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığını maksimum səviyyədə qalması üçün profilaktik işlərin aparılması;
• Şəbəkə problemlərinin müəyyən edilib həll edilməsi;
• Monitorinq sistemi vasitəsilə mövcud şəbəkə infrastrukturunun izlənilməsi;
• Şəbəkə avadanlıqlarının fiziki sazlığının təmin olunması;
• Şəbəkə avadanlıqlarının konfigurasiyasının backuplarının çıxarılmasına nəzarət;
• İT prosedurları və siyasəti çərçivəsində digər öhdəliklərin icrası.

TƏLƏBLƏR:

• CCNA Sertifikatı olanlara üstünluk verilir;
• CCNA Programı çərçivəsində bütün mövzular uzrə dərin biliklər;
• Müvafiq vəzifədə 2 il təcrübə;
• Problem həll etmə yönündə yaradıcı və analitik təfəkkür;
• Azərbaycan dili (əla səviyyədə), İngilis dili (texniki səviyyədə); Rus dili (arzuolunandır)

ƏLAVƏ MƏLUMAT:

• Nahar və nəqliyyat təminatı;
• Tibbi sığorta;

Namizədlər müraciət üçün CV-lərini hr@stdc.az elektron ünvanına göndərə bilərlər. Məktubun başlıq hissəsində “Şəbəkənin monitorinqi üzrə mütəxəssis” vəzifəsinin qeyd olunması xahiş olunur.

Sumqayıt Texnologiyalar Data Mərkəzi gücünə görə dünyanın ən böyük data mərkəzlərindən biridir. Data Mərkəzi ən muasir yüksək sürətli hesablama avadanlıqlarının tətbiqi sahəsində yüksək sürətli məlumat hesablama qabiliyyətinə malikdir. Data Mərkəzində müasir innovativ immersiya tipli soyutma, SCADA, Blokçeyn, təhlükəsizlik və s. kimi texnologiyalar tətbiq olunur. Data Mərkəzdə 260 nəfərdən çox yerli mütəxəssis işlə təmin olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP