Müştəri xidmətləri üzrə texniki servis mütəxəssisi (Mexanik)
 
JOB TITLE: Müştəri xidmətləri üzrə texniki servis mütəxəssisi (Mexanik)
EMPLOYER: Massi MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-24 LAST UPDATED: N/A DEADLINE: 2021-10-24

Müştəri xidmətləri üzrə texniki servis mütəxəssisi (Mexanik) tələb olunur.

İş barədə qısa məlumat:

Müştəri xidmətləri üzrə mütəxəssis şirkətimizin Texniki Xidmət Servisi mərkəzinə müraciət edən müştərilərin sorğularının düzgün formada qəbul edilməsi, qeydiyyata alınması və texnikaların təmir proseslərini idarə edir.

Tələb olunan namizəd gülərüz və kollektivlə tez uyğunlaşan, inkişafa meyilli, disiplinli qabiliyyətlərinə malik olmalıdır. İşlərin gedişatı zamanı yaranan problemlərə fərdi şəkildə həll yolu tapmağı bacarmalı, işlərin daha verimli həyata keçirilməsi üçün davamlı olaraq öz təkliflərini irəli sürməlidir.

İşin təsviri

• Avtonəqliyyat vasitələrinə mütamadi texniki baxışlar keçirmək, müştərilərə təhvil verilməli olan avtomobillərin texniki hazırlığını təmin etmək;
• Təmir işləri üçün ehtiyat hissələrlə bağlı daimi araşdırma aparmaq
• Təmir ilə bağlı hesabatların və planların hazırlanması
• Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini təşkil etmək;
• Texniki servis mərkəzinə müraciət edən müştərilərin suallarının cavablandırılması;
• Müştəri sorğularına əsasən müvafiq sənədləşmə işlərini yerine yetirməklə qeydiyyatın aparılması ;
• Müştərilərə xidmətlər haqqında tam, dolğun məlumatın verilməsi;
• Müştəri müraciətlərinin operativ və sürətli cavablandırılması;
• Şirkət və müştəri müştəri münasibətlərinin müsbət inkişafının təmin edilməsi;
• Görülən işlərlə bağlı günlük hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;

Tələblər

• Təhsil: Ali (Avtonəqliyyat mexaniki ixtisası üzrə Univeristeti bitirənlərə üstünlük veriləcək.)
• Yaş həddi: 25-45
• İş təcrübəsi: 3 il iş təcrübəsi olmalı
• Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı;
• Təzyiq altında işləmək bacarığı

İş şəraiti:

• İş saatı: 09-00-dan 19-00-dək;
• İş günü: Həftənin 6 günü;
• İstirahət günü: Bazar günü;
• AR ƏM-nə uyğun sənədləşmə;
• Əmək haqqı : 650 AzN
• İş yeri: : Bakı Nizami r-nu, Heydər Əliyev pr 115, Caspian Sport Plaza B korpus

Xahiş olunur namizədlər CV-sini Mexanik başlığı ilə hrmassi2@gmail.com ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP