Baş Konditer
 
JOB TITLE: Baş Konditer
EMPLOYER: Sinteks Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-24 LAST UPDATED: N/A DEADLINE: 2021-10-24

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Baş Konditer tələb olunur.

Vəzifənin rolu:

Bu rol qida məhsullarının standartlara uyğun olaraq hazırlanmasını təmin edir.

Vəzifə öhdəlikləri:

• Şirniyyat laboratoriyasında işini və idarəçiliyini heyata keçirmək
• Menu tərtibatını icra etmək (kalkulyasiya, reseptlərin, texniki xəritələrin hazırlanması)
• Qida məhsullarını standartlara uyğun olaraq hazırlama prosesini təşkil etmək
• İş zamanı qiqiyena qaydalarına riayət etmək və bütün lazımi avadanlıqların işlək vəziyyətdə olmasından əmin olmaq
• Qida məhsullarının günlük təlabatını müəyyənləşdirmək və düzgün miqdarda və çeşidlərdə sifariş etmək
• Qida məhsullarının keyfiyyətinə nəzarət etmək və standartlara uyğun olaraq saxlanılmasını təmin etmək
• Satışa verilən məhsulların qablaşmasını və nişanlanması təşkil etmək

Əsas tələblər:

Təhsil:
• Ali təhsil arzuolunandır

Təcrübə:
• Müvafiq sahədə ən az 3 il iş təcrübəsi

Professional Biliklər:
• Azərbaycan dilini mükəmməl, Rus dili arzuolunandır
• Milli və Xarici şirniyyat bilikləri
• Menyu hesablanması və hazırlanması

Professional Bacarıqlar və Kompetensiyalar:
• Yaradıcılıq
• Zamanın idarəolunması
• Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Konditer” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP