Satış meneceri
 
JOB TITLE: Satış meneceri
EMPLOYER: Halal-P DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-24 LAST UPDATED: 2021-09-27 DEADLINE: 2021-10-24

Satış meneceri

“Halal-P” MMC 25 ildir ki, bank, ofis və mətbəə avadanlığı bazarında fəaliyyət göstərir.

Azərbaycan Mərkəzi Bankı, Paşa Bank, "Şərq – Qərb" mətbəəsi, "Çaşıoğlu" mətbəəsi, əksər nazirliklər və dövlət komitələri və bazarın bir çox digər böyük oyunçuları bizim müştərilərimizdəndir. Daim böyüyürük. Pandemiya zamanı belə rəqiblərimizlə müqayisədə biznesimizdə minimum enmə ilə üzləşdik.

İşçilərimizin sayı ortalama 60 nəfərdir. Bu o deməkdir ki, hər bir işçi unikaldır və biznesin inkişafına böyük töhfə verir - məhsula və proseslərə birbaşa təsir etmək qabiliyyətinə malikdir. Onu da vurğulayaq ki, səmimi bir iş atmosferimiz var. Şirkətdə çalışanların 40%dən çoxu 10 ildən artıqdır ki, bizimlədirlər.
Hal-hazırda, perskpektivdə satış müdiri olmağa niyyətlənən və güclü satıcılardan ibarət komanda yaratmağa hazır olan məhsuldar bir satış meneceri axtarırıq.

Səndən (namizəddən) satış planını mütəmadi olaraq yerinə yetirməyini gözləyirik, çünki bu, şirkətin həyatda qalmasını və inkişafını təmin edir.

Tələblər:

- Satış təcrübəsi bizim üçün vacibdir, hansı sferada olmasının fərqi yoxdur; avadanlıqlarla işləmisinizsə, bu sizin üstünlüyünüz olacaq.
- Bizim menecerimiz, yəni sən satış işilə həvəslə məşğul olursan. İnsanlara ehtiyac duyduqlarını tapmağa kömək etməyi sevirsən. - Mükəmməl bir nəticə verirsən və sənin üçün aylıq maaş hər şeydən öndə deyil - çünki sən özünə güvənirsən, planları yerinə yetirəcəyinə əminsən, bonusunu mütləq qazanacağına da əminsən.
- Sən məqsədi görürsən, maneələrdə ilişib qalmırsan.
- Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, yeni texnologiyalarla tanış olur, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.

Məsuliyyətlər:

- soyuq zənglər vasitəsilə müştərilərin axtarışı;
- daimi müştərilərin qorunub saxlanılması;
- kommersiya təkliflərinin hazırlanması və göndərilməsi;
- məlumatların satınalma şöbəsinə ötürülməsi (sorğular);
- CRM -də müştəri bazasının saxlanılması;
- xüsusi hesabatların aparılması;
- çətin vəziyyətlərin həlli (nadir hallarda olur).

Dəyərlərimiz:

o İnkişaf və davamlı öyrənmək istəyi
o Qayğı göstərmək və kömək etmək istəyi
o Dürüstlük və ədalətli mübadilə

Seçim bir neçə mərhələdə aparılır:

1. CV - bənzər bir təcrübənin varlığına baxırıq
2. Doldurulmuş anket forması - cavab sürətinə və anketin məzmununa baxırıq
3. Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
4. Rəhbərlə müsahibə

Şərtlər:

- yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar satırıq;
- sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq;
- satış texnologiyası üçün skriptlər bu mərhələdə mövcud deyil, ancaq bunları səninlə birlikdə yaradacağıq - uğurlu təcrübəni bölüşmək imkanın olacaq;
- menecerlərimizin aldıqları maksimum illik əmək haqqı (+ bonus) – 45000 AZN. Amma sən daha yaxşı nəticələrə imza ata bilərsən.
- Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;

Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et!

Aylıq fiks əmək haqqı: 650 - 850 AZN

Bu linkə daxil ol və anket formasını yükləyin və doldurun. Onu da CV ilə birlikdə hr@halal.az ünvanına göndərməyi unutma.

Bizimlə iş şən və perspektivlidir!

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP