Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi
 
JOB TITLE: Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-27 LAST UPDATED: N/A DEADLINE: 2021-10-27



Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Faktorinq departamentində Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Kimlər müraciət edə bilər?

• 21 - 30 yaş aralığında gənclər

Hansı özəlliklərə malik olmalıdır?

• Azərbaycan dilini əla səviyyədə bilmək (Rus dili biliyi üstünlükdür)
• Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
• Detallara qarşı diqqətlilik
• Ofis proqramları və avadanlıqları ilə işləmə

Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi nə iş görür?

• Müraciət etmiş müştərilərin faktorinq xidmətləri barədə məlumatlandırılması
• Faktorinq üzrə müraciətlərin qəbulu və müştəri məlumatlarının sistemə daxil edilməsi
• Faktorinq üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi
• Səlahiyyətləri çərçivəsində ünvanlanan sualların cavablandırılması

Əlavə məlumat:

• Bazar ertəsi – Şənbə: 09:30 – 18:30
• Əmək haqqı: 300 AZN

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP