Aqronom
 
JOB TITLE: Aqronom
EMPLOYER: Buta Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-27 LAST UPDATED: 2021-09-30 DEADLINE: 2021-10-27

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “BUTA AGRO” “Aqronom” vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

• Kənd təsərrüfatı məhsullarının istehsal texnologiyası sahəsində bilik və təcrübə;
• Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri sahəsində bilik və təcrübə;
• Herbisidlər, fungisidlər, insektisidlər, onların təsiredici maddələri və istifadəsi sahəsində bilik və təcrübə;
• Ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama, suvarma rejimləri üzrə proqramların hazırlanması;
• Periodik olaraq istixanada yetişdirilən bitkilərlə bağlı hesabatların hazırlanması.
• Kimya, fizika, biologiya ixtisasları üzrə məzunlar müraciət edə bilər.

Tələblər:

• Kənd təsərrüfatı məhsullarının istehsalı texnologiyası təcrübəsi olmalı;
• İstixana sahəsində bitkilərin becərilməsi üsullarını bilməli;
• Istixana bitkilərinin becərilməsi üçün qabaqcıl metodların araşdırılaraq tətbiqi qydalarını bilməli;
• Bitkilərin əkini, budanmasını və s. tədbirlərin təşkil edilməsi;
• Zərərvericilərin, bitki xəstəliklərinin aradan qaldırılmasının texnologiyasını tətbiq edə bilməli;
• İstehsal planları, əkin bitkiləri miqdarını və növlərini hazırlanma bacarığının olması;
• Komandada işləmək bacarığı;
• Operativ,işə həvəslə yanaşmalı, sahəsi üzrə araşdırmalar aparmalı, daim yeniliyə meyilli olmalı;
• Dil bilikləri: Azərbaycan, İngilis
• Müvafiq sahədə ən azı 1 il təcrübə;
• İdarəetmə təcrübəsi, analitik düşünmə;
• Təhsili: Ali təhsil, (Kənd təsərrüfatı sahəsində);
• Qoyulmuş məslələrlə bağlı məqsədlərə nail olmaq;
• Kompüter bilikləri: Microsoft Office, Outlook, Priva.

Təminatlar və iş barədə məlumat:

• Rəqabətə davamlı əmək haqqı ( müsahibə əsasında müəyyən ediləcəkdir namizədin bilik və bacarığına əsasən);
• Servis avtobusu;
• Korparativ nömrə;
• Xarici və yerli təlimlərdə, kurslarda iştirak etmək, xarici mütəxəssislərin təcrübəsindən yararlanmaq;
• İş saatı:08:00 dan,17:00-a dəkdir;
• Nahar 13:00 dan,14:00-a dək dir;
• İş yeri Zirə qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ləri gb.orucova@butagroup.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aqronom” şəklində göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP