Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Buta Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-27 LAST UPDATED: N/A DEADLINE: 2021-10-27



Mühasib - ButaGroup

Əsas tələblər:

- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- Minimum 3 il iş təcrübəsi;
- 1С, Logo Tiger və digər mühasibatlıq proqramında, MS Office-də işləmə bacarığı;
- Vergi qanunvericiliyini mükəmməl bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
- Elektron hökumət portalı ilə işləyə bilmə qabiliyyəti;

Vəzifə öhdəliyi:

- E-Qaimə fakturalarının yazılması;
- Bank əməliyyatının həyata keçirilməsi; qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Gündəlik və aylıq daxili hesabatların hazırlanması və təqdim olunması;
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
- Bütün rəsmi hesabatların göndərilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi üzrə hesablamaların aparılması.

Əmək haqqı: Razılaşma

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Mühasib” qeyd etməklə CV-lərini gb.orucova@butagroup.com ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP