Kassir
 
JOB TITLE: Kassir
EMPLOYER: OMİD Mağazalar şəbəkəsi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-27 LAST UPDATED: 2021-09-27 DEADLINE: 2021-10-27

Azərbaycanın tikinti materiallarının pərakəndə satışı üzrə ən böyük şəbəkəsi olan, 1994-cü il tarixindən ölkədə fəaliyyət göstərən “OMİD” MMC “FAB Group”un tərkibində fəaliyyət göstərməkdədir. OMİD Mağazalar şəbəkəsi əsasən İşıqlandırma, Elektrik, Elektrik əl alətləri, Xırdavat, İnşaat materialları, Boya məhsulları, Divar kağızları, İstilik və havalandırma, Məişət malları, Santexnika və Bağ-bağça məhsullarının topdan və pərakəndə satışını həyata keçirir.

OMİD Mağazalar şəbəkəsiKassir” vakansiyasını elan edir.

İş haqqında məlumat:

- Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir;
- Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;
- Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;
- Kassa zonasını təmiz və səliqəli saxlamalıdır;
- Alıcıların ödədikləri pul vəsaitlərinin nəzarət - kassa aparatlarında düzgün əks olunması və yığılmasını həyata keçirməlidir;
- Nəzarət kassa aparatının göstəricilərinə əsasən məbləği aydın şəkildə alıcıya söyləməli və ödənişi alıcıdan qəbul etməlidir;
- Pulun qalığını kassa çeki ilə birlikdə alıcıya verməlidir;
- Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;
- Ona təhkim olunan kassa ətrafı satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
- Kassa növbəsinin sonunda kassadakı pulları hesabat əsasında mağazanın baş inzibatçısı və ya köməkçisinə təhvil verməlidir;
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartı daim üzərində görünəcək şəkildə olmalıdır.

Namizədə dair əsas tələblər:

- Yalnız xanım namizədlər
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan)
- Orta və ya ali təhsil
- Pul vəsaitlərinin qəbulu, verilməsi və saxlanması qaydalarını;
- Satış texnikası və prinsiplərini, davranış etikasını;
- Nəzarət - kassa aparatlarının istismarı qaydalarını;
- Mağazanın təşkilati strukturunu;
- Alıcılara keyfiyyətli xidmət standartlarını;
- Kassada istifadə olunan mövcud proqramı kassa səviyyəsində bilməlidir.

İş qrafiki:

- 09:00-dan 18:00-dək
- Həftə içi 6 gün
- 1 gün istirahət
- Əmək haqqı: 400-450 +%
- AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə

Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Kassir" yazaraq cv@omid.az ünvanına göndərmələri və ya N.Nərimanov ray., Ə.Rəcəbli küç, 44(baş ofis) ünvanında yerləşən ofisə gəlmələri xahiş olunur.

Qeyd: Vakansiya yeni açılacaq OMİD mağazalarımız üçün nəzərdə tutulub.

Tel:(+994)55-500-91-00

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP