Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis
 
JOB TITLE: Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis
EMPLOYER: Ziraat Bank Azərbaycan ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-09-27 LAST UPDATED: N/A DEADLINE: 2021-10-27

“Ziraat Bank Azərbaycan” ASC Risklərin idarə edilməsi departamentinə Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir.

Vəzifəyə olan tələblər:

• Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;
• Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL bilikləri;
• Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
• Ünsiyyətcil olmaq və komanda ilə iş qabiliyyəti;
• Türk və ingilis dili bilikləri arzuolunandır;
• Bank sahəsində ən azı 3, müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
• FRM, CFA, ACCA sertifikatına malik namizədlərə üstünlük veriləcəkdir.

Əsas vəzifələr:

• Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
• Əməliyyat risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının (RCSA, ssenari analizləri, risk xəritələrinin tərtibi və s.) tətbiqi;
• Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
• Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsi;
• Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
• Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;
• Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;
• Stress-testlərin həyata keçirilməsi;
• Risk limitlərinin müəyyənləşdirilməsi, riayyət olunmasına nəzarətin həyata keçirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 31-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat riskləri” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP